Bu gün:


FutbolPress.Az | Hökmverənlik və danışmamaq (KİÇİK QEYD)

Hökmverənlik və danışmamaq (KİÇİK QEYD)


oxunma sayı: 238 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsi Mirhüseyn Seyidov və Nizami Hacıyevin ömürlük futboldan uzaqlaşdırılması qərarı verdi. AFFA-nın bayrağı altında bütün yarışlardan məhrum edilən futbolçuların konkret nədə günahlandırıldığı isə faktla, sübutla ictimaiyyətə məlum deyil.

İK sədri Tofiq Fətullayevə zəng edirik:

- Salam Tofiq müəllim, uyğunsunuzmu 1-2 sual cavablamağa?
- Buyurun.

- Nizami Hacı...
- Məlik Həsənovla (PFL-in Texniki-İdman Şöbəsinin rəisi - red.) danışın

- Onun mövzuya nə dəxli?
- Siz ona zəng eləyin də, hər şeyi danışacaq, mənim bu haqda nəsə deməyə ixtiyarım yoxdur.

- Axı prosesə hüquqi qərar açıqlayan qurumun sədri sizsiniz. Fakt, sübut varmı?
- Məlik Həsənovla danışın.

Biz Tofiq müəllimin yumoruna müsbət yanaşıb, Məlik Həsənovu arayırıq. Ancaq əslində onu aramamalıyıq. Sadəcə, komediya təklif edirlər, biz də xətrə dəymirik.

- Alo, Məlik müəllim, cəzalandırılan futbolçular hansı faktlar əsasında...

(O da sualımızı yarımçıq qoyur)

- Mənə niyə zəng vurmusuz? Qərarı İntizam Komitəsi verib.

- Ortada fakt yoxdur, açıqlanmır. 

(Məlik müəllim böyük hörmətlə telefonu qapadır və cavabdan imtina edir).

Biz "Keşlə"nin icraçı direktoru, hüquqşünas Rəmiş Malıyevlə də əlqə saxladıq. O da fakt məsələsində heç nə deyə bilməyəcəyini dedi.

Bu minvalla başqa aidiyyatı  şəxsləri də araya bilərdik. Sizə, "Bilmirəm" cavabı eşitməkdən bezməyəsiz deyə...

OK, necə inanaq, nəyə əsasən inanaq?

Danışılmış oyunlarda ittiham edilənlər varsa, cəzalanması gözəl olar. Futbolumuzun təmizləməsi üçün atılan addım olar. Ancaq faktsız-sübutsuz edilməməlidir. 

İnanırıq ki, "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov qaydalara uyğun  hərəkət eləməyi öyrənər.  Onun gəlişindən sonra "İnter"in "Keşlə"yə çevrilməyindən başqa dəqiq məlum olan heç nə yoxdur. Bütün proseslər naməlumdur. ONa nə var, bir dəqiqəyə Rövnəq Abdullayevdən "dobro" alıb, bütün "Keşlə"ni satqın adıyla yola salıb, yenisini yığar. Tofiq Fətullayev, Məlik Həsənov, Rəmiş Malıyev, başqaları kimdir ki... "Keşlə" ardıcıl uduzursa, Svanadze zəif məşqçi kimi qovula, Nizami Hacıyevlə Mirhüseyn Seyidov satqın kimi ömürlük futboldan qovula bilər. Rauf Əliyev rəhbərlikdən küsüb klubdan qaça bilər. Müxtəlif yaş qrupları üzrə məşqçilər işdən qovula bilər. Yerinə layiq bircə nəfər varsa, o da hər qərarında "konsert" açan Zaur Axundovdu. 

Elçin Cəlilov


oxunma sayı: 238 | Paylaş: