Bu gün:


FutbolPress.Az | PAOK-un Pedro Enrike qərarsızlığı - klubdan təzadlı açıqlamalar

PAOK-un Pedro Enrike qərarsızlığı - klubdan təzadlı açıqlamalar


oxunma sayı: 516 Paylaş:

FutbolPress"Qarabağ"da icarə əsasında çıxış edən Pedro Enrikenin qışda Yunanıstan PAOK-una qayıtmaq ehtimalı barədə xəbər vermişdik. Yunanıstan mətbuatı yazırdı ki, braziliyalı vingerin Ağdam klubu ilə mövsümün sonuna qədər müqaviləsi olsa da, o, qışda Saloniki təmsilçisinə qayıdacaq.

Son məlumatlara görə bu, baş tutmaya bilər. Daha doğrusu, PAOK-un prezidenti Luboş Mixel məsələ ilə bağlı təzadlı açıqlamaları ilə yunan mətbuatında müzakirə mövzusuna çevrilib. Slovakiyalı klub funksioneri qısa müddət ərzində bir-birinə zidd fikirlər səsləndirib. O, Azərbaycan mətbuatına açıqlamasına bildirib ki, Pedro ilə bağlı yayılan xəbərlər əsassızdı və o, müqaviləsinin sonuna qədər "Qarabağ"da qalacaq.

Mixel Yunanıstan mətubatına isə tam fərqli fikirlər səsləndirib: "Baş məşqçinin qərarına görə davranacağıq. Bizə kömək edə biləcək futbolçular var. Məsələn, "Qarabağ"da Pedro Enrike ilə nə olacağına baxacağıq. "Qarabağ"la Çempionlar Liqasındakı çıxışı yaxın zamanda başa çatacaq".


oxunma sayı: 516 | Paylaş: