Bu gün:


FutbolPress.Az | Aşağı yaş milliləri kimlərə tapşırılacaq? - ÖZƏL

Aşağı yaş milliləri kimlərə tapşırılacaq? - ÖZƏL


oxunma sayı: 823 Paylaş:

FutbolPressXəbər verdiyimiz kimi, AFFA aşağı yaş millilərinin baş məşqçiləri ilə yollarını ayırıb. U-21-dən Samir Ələkbərov, U-19-dan Təbriz Həsənov və U-17-dən Mirbağır İsayev göndərilib.

Onlardan ilk ikisinin əvəzinə kimlərin təyin olunacağına artıq böyük ölçüdə aydınlıq gəlib. Əldə etdiyimiz məlumata görə, bu millilərə Aftandil Hacıyev və Adil Şükürov rəhbərlik edəcək. Hacıyev U-21, Şükürov isə U-19-u çalışdıracaq.

Aftandil Hacıyev “Qarabağ”ın əvəzedici komandasını çalışdırır. Son olaraq “Zirə”nin baş məşqçisi olan Adil Şükürov isə hazırda bu klubda akademiyanın koordinatoru kimi fəaliyyət göstərir.


oxunma sayı: 823 | Paylaş: