Bu gün:


FutbolPress.Az | AzVİF məşqçilər üçün kurs keçirir

AzVİF məşqçilər üçün kurs keçirir


oxunma sayı: 37 Paylaş:

FutbolPressBeynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə velosiped məşqçiləri üçün 1-ci dərəcəli texniki kurslar öz işinə başlayıb. Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə həyata keçirilən bir həftəlik kurslar Respublika Velotrekində təşkil olunub.

Layihənin əsas məqsədi beynəlxalq dərəcəli velosiped məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Velosipedçilər İttifaqının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Jan Jak Anri tərəfindən keçirilir.

Layihədə ümumilikdə 20 məşqçi iştirak edir. 13-18 noyabr tarixlərini əhatə edəcək kursların yekununda iştirakçılara beynəlxalq dərəcəli sertifikatlar təqdim olunacaq.

Təlimin iştirakçıları arasında “Olimpiya Hərəkatı-2017” layihəsinin məşqçiləri də var. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, həmçinin Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı “Coca-Cola” şirkəti tərəfindən birgə həyata keçirilən “Olimpiya Hərəkatı” proqramının əsas məqsədi məktəblilər arasında atletika, velosiped idmanı, basketbol 3x3, voleybol 2x2 və  badminton idman növləri üzrə yarışlar keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.


oxunma sayı: 37 | Paylaş: