Bu gün:


FutbolPress.Az | "Qarabağ" Pedro Enrike ilə yolları ayırır

"Qarabağ" Pedro Enrike ilə yolları ayırır


oxunma sayı: 1728 Paylaş:

FutbolPress"Qarabağ" braziliyalı futbolçusu Pedro Enrike ilə yollarını ayırmaq qərarına gəlib. Bu barədə Yunanıstan"ın "Sport24.gr" saytı məlumat yayıb.

Sayt iddia edir ki, Pedro qışda keçmiş komandası PAOK-a qayıdacaq. Tərəflər arasında yaya qədər icarə müqaviləsi olsa da, Ağdam klubu  futbolçunu qışda buraxmaq qərarına gəlib. Məlumata görə, hər iki tərəf bunda maraqlıdı.

"Qarabağ" Enrikenin çox ödənişli olmasına görə onun getməsini istəyir. Bundan başqa, Çempionlar Liqasında da qrupdan çıxmaq perspektivi az olan komanda daxili çempionatda Pedrosuz da uğur qazanacağına əmindi. Braziliyalı oyunçunun özü isə daha rəqabətli liqada oynamaq fikrindədi. Eyni mösvüm ərzində 3-cü bir komandaya keçə bilməyəcəyi üçün o, PAOK-a qayıtmalı olacaq.

Pedro "Qarabağ"ın Çempionlar Liqasında iki qolundan birinin müəllifidi. "Atletiko" ilə IV tur görüşündə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan futbolçu "Çelsi"yə qarşı noyabrın 22-dəki oyunu buraxmalı olacaq.


oxunma sayı: 1728 | Paylaş: