')

Bu gün:


FutbolPress.Az | Xilaskara sığınmaq hiyləsi...

Xilaskara sığınmaq hiyləsi...


oxunma sayı: 908 Paylaş:

FutbolPress21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsinin oyunu:

Azərbaycan – Almaniya 0:7

V qrupda mübarizə aparan U-21 millimiz turnir cədvəlinin sonuncusudu - 4 oyun, 0 xal.

Vurulan 3, buraxılan 19 qol.



Bu, Azərbaycan millisinin hazırkı heyətinin yerinə gələcək komandanın nəticəsidir. Ölkə futbolunu ciddi böhran gözləyirmi? Əlbəttə!

Bəs dövlət ölkənin ən imkanlı təşkilatını (SOCAR -red.) futbola himayə üçün istiqamətləndiribsə, lazımi qədər maliyyənin ayrılmasına heç bir məhdudiyyət qoyulmayıbsa, onda niyə nəticələr getdikcə yaxşı deyil, daha da pisləşməlidir?

Fotoda görürüsünüz? - AFFA-nın baş katibi Elxan Məmmədov, "Qarabağ"ın, eyni zamanda keçən həftə millinin baş məşqçisi təyin olunan Qurban Qurbanov. Biri bütün ideyaları iflasa uğramış uğursuz idarəçi, digəri xilaskar kimi yanaşılan şəxs.

Azərbaycan futbolu əslində can üstədi. Özünü maliyyələşdirə bilən klub, demək olar, yoxdur. Yalnız "Azersun Holdinq"in himayəsində "Qarabağ"ın son illərdəki Avropa nəticələrinə görə qazandıqlarını, "Qəbələ"nin iki dəfə AL-in qrup mərhələsinə düşdüyü üçün əldə etdiyi ciddi məbləği çıxmaqla digərləri himayəçilərdən asılıdır. Himayəçilərə baxsaq, onlar da əsasən, neft və neft sektoruna yaxın sahələrdən olanlar.

Neftin qiyməti düşən kimi ölü sükut çökdü və "Qarabağ"ın effektivliyi əslində bizimçün illüziya rolunu oynayır...

Oyunsonrası mətbuat konfransında Yaşar Vahabzadənin istefasından sonra baş məşqçi vəzifəsini müvəqqəti icra edən Samir Ələkbərovun dediyi kimi: "Bunu uşaq da bilirdi ki, Almaniyanın bizə 3-dən çox qol vurması mümkündü". Bəli, Ələkbərov, səmimiyyətinizə görə təşəkkür. Sizin bir təqsiriniz yoxdur. Bu komandanı siz formalaşdırmamısnız. Ümumiyyətlə, aşağı yaş qrupları konkret peşəkar formalaşdırılmayıb və daim bu haqda  yazılıb, yazılıb, yenə də yazılıb. Xaricdən futbolçuların milliləşdirilib gətirilməsi və yığmaya salınması - bu biabırçı prosesin himayəçisi AFFA-nın baş katibi Elxan Məmmədovdu. AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəhbəri Yusif Vəliyev kimdir? - Onun dostu. Bu şəxs ölkə futbolunun ən həssas, strateji sahəsinə rəhbər təyin edilib. Ancaq futbol sahəsinə uzaqdır. Marketoloqdur və onu, məsələn, TV-lərdə, tutalım, broyler toyuqlarının saxlanma şəraitində innovativ texnologiyanın tətbiqi və s. mövzularında ekspert kimi danışdırırlar. Yusif yoldaş hələ indiyə kimi hansısa KİV-də futbol mövzusunda, xüsusən, ixtiyarına verilən uşaq futboluna dair ciddi tezislərlə çıxış etməyib. Çünki bu sahənin bilicisi deyil. Ancaq ona bu xidmətlərinə görə 7000+ məvacib və xidməti maşın ayrılıb.

Araşdırma aparılsa, başqa strukturlarda da dost-yoldaş prinsipinə üstünlük verildiyinə aid onlarla nümunə aşkarlanar.

Niyə bu belədir?

Bilirsiniz, bugünlərdə ölkə futbol gündəmini lərzəyə gətirən "Kəpəz"in büdcəsindən mənimsəmələr mövzusudu. Niyə bu cür hallar baş alıb gedir? Çünki futbol sahəsi peşəkarların yox, "məhdud dairənin" nəzarətindədir. Səbəb? Bura pullar qarşılıqsız verilir. Dövlət futbola dotasiya ayırır. Heç bir gəlir yoxdur. Külli miqdarda pul...

Futbol sahəsində bir peşəkarı yaxın buraxsanız, o, digər peşəkarı gətirər - peşəkar peşəkarla işləyər prinsipi. Bu sistemi dərk elədikləri üçün Elxan Məmmədov və dostları möhkəm durublar...

Niyə Qurbanov xilaskar rolunda dəvət olundu?

Biz bu tarixin yaxından izləyicisi kimi bilirik: o, hər şeydən əvvəl şəffaf maliyyə prinsipini əsas tutmuşdu. "Qarabağ"ın uğurlarının əsasını məhz bu amil təşkil edir. Şəffaf maliyyə siyasəti, intizamlı komanda mühiti.

"Qarabağ" və ondan dəfərlərlə çox pul xərcləyən və hazırda mövcud olmayan məşhur klublarımızın süqutuna səbəb də eyni detalın əks tərəfi olmuşdu. Maliyyənin şəxsi mənafelərə sərf olunması, oğurlanması...

Artıq ölkә başçısı da gördü ki, futbolda uğur qazanmaq olarmış. Bunu da o etdi. "Qarabağ"la daim yüksәlәn nәticә. Vә birbaşa ordan gәlәn tapsırıq olub ki, Qurbanovun tәcrübәsindәn millidә dә istifadә edilsin. Yәni burda Elxan Məmmədov kimi talançıların istәyi olmayıb. Onlara qalsa, yenә dәbdәbәli ad gәtirәr, nәticә olmayanda da "biz әn yaxsı mәsqçini dә gәtirdik xeyri olmadı. Axı futbolçumuz yoxdu, yetismir" deyәcәkdilәr. Bax buna görә әcnәbilәri millilәsdirirlәr. Mәqsәd birdir. Guya olkәdә futbolçu yetişmir. Mәcburdular gәtirsinlәr. Hә bir dә bu bir şәbәkәdir. Burda külli miqdarda yeyintlәr edilir. Bir gün bunun da üstü açılacaq.

Rövnəq Abdullayev 5 il əvvəl səlahiyyətlərinin tam icrasını baş katib Elxan Məmmədova həvalə etdiyini açıqlamışdı. Bəli, o, de-fakto AFFA prezidentidi. Abdullayev isə qurumun dövlət tərəfindən təyin edilən himayəçisi. Himayəçi nə edir? - Öhdəsinə düşəni - maliyyələşdirməni vaxtında və yetəri qədər təşkil edir. Bəs işin icrası? Çevrilib, Elxan Məmmədova baxırıq. Hazırkı hakimiyyətin taxtda olduğu 2007-ci ildən indiyədək hesablasaq, futbol təsərrüfatının təşkili və futbolun inkişafı üçün təkcə AFFA adına 500 milyon manatdan çox pul məsrəf edilib. Yarım milyarddan artıq vəsait və bizə qalan dağınıq vəziyyətdə olan uşaq futbolu, ciddi irəliləyişə nail olmayan əsas milli, fantastik ödənişlərlə dəvət edilən əcnəbi mütəxəssislər və sıfır faydalılıq...

Yaranan mənzərə Rövnəq Abdullayevin futbol idarəçiliyində ciddi təftiş aparmasını vacib edir. Bu eşalonun yararsız oluğu hərtərəfli göstərilib. Ya idarəçilikdə radikal islahatlar aparılmalıdır, ya da sərf olunan milyonlarla pulun heç bir fayda verməməsinin məsuliyyətini özü daşımalıdır...

Bütün nəzərlər futbol hökumətinə yönəlib. Rəhbərliyin üzə çıxan nöqsanlara görə hansı addım atacağı maraqla gözlənir.

Elçin Cəlilov


oxunma sayı: 908 | Paylaş:




?>