Bu gün:


FutbolPress.Az | Şeydayev "Napoli" və "Vest Hem"in diqqətində?

Şeydayev "Napoli" və "Vest Hem"in diqqətində?


oxunma sayı: 926 Paylaş:

FutbolPressAzərbaycan millisinin və "Qarabağ"ın üzvü Ramil Şeydayev Avropa klublarının diqqətini çəkib. Onunla "Napoli" və "Vest hem" maraqlanır.

Bu barədə "1news.az" xəbər yayıb. Bildirilir ki, adıçəkilən klubların skautları "Qarabağ"ın səfərdə "Atletiko" ilə Çempionlar Liqası oyununu (1:1) izləyiblər. Meydanda olduğu 72 dəqiqə ərzində çalışqanlığı ilə seçilən və rəqib müdafiəçilərə rahatlıq verməyən Şeydayev skautların diqqətini cəlb edib.

"Qarabağ" müqavilə ilə Türkiyənin "Trabzonspor" klubuna məxsus olan mili üzvünü mövsümün sonunadək icarəyə götürüb.


oxunma sayı: 926 | Paylaş: