Bu gün:


FutbolPress.Az | Azərbaycan Avropa çempionu oldu

Azərbaycan Avropa çempionu oldu


oxunma sayı: 91 Paylaş:

FutbolPressŞahmat üzrə Avropa çempionatı başa çatıb. Kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub. 

Sonuncu turda Azərbaycan yığması Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib - 3:1.

Nəticədə Azərbaycan və Rusiya 14 xalla birinci yerə şərik olub. Ancaq millimiz əlavə göstəricilərdə üstün olub. Üçüncü yeri isə Ukrayna tutub.

Yığmamız daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.


oxunma sayı: 91 | Paylaş: