Bu gün:


FutbolPress.Az | Şahmat: Azərbaycan Ermənistana qalib gəldi

Şahmat: Azərbaycan Ermənistana qalib gəldi


oxunma sayı: 38 Paylaş:

FutbolPressŞahmat üzrə Avropa komanda çempionatında 6-cı turun görüşləri keçirilib. Yunanıstanda təşkil olunan yarışda Azərbaycan yığması Ermənistan millisi ilə qarşılaşıb.

Yığmamız rəqibi 2.5:1.5 hesabı ilə məğlubiyyətə uğradıb.Bir nömrələrin qarşılaşmasında Şəhriyar Məmmədyarov Levon Aronyana uduzub. Üçüncü lövhədə Arkadi Naydiç isə erməni rəqibi Qabriel Sarqsyanla heç-heçə edib.

İkinci lövhədə Teymur Rəcəbov 52-ci gedişdə Sergey Movsesyanı, komandanın 4 nömrəsi Rauf Məmmədov isə 92-ci gedişdə Qrant Melkumyanı məğlub edib.

Azərbaycan yığması 6 turdan sonra 9 xalla Xorvatiya ilə 3-4-cü yerləri bölüşür.


oxunma sayı: 38 | Paylaş: