')

Bu gün:


FutbolPress.Az | Argentina ilə oynamağın fəsadları (QEYD)

Argentina ilə oynamağın fəsadları (QEYD)


oxunma sayı: 952 Paylaş:

FutbolPress“Adətən, onlarla oyunlar iki milyon avro və daha yüksək məbləğə başa gəlir. Amma biz heç həmin söhbəti etmədik. Bizə edilən təklifdə də söhbət 2 milyon avrodan gedirdi. Amma heç məbləği aşağı salmağa cəhd də göstərmədik. Çünki bu oyunun keçirilməsində maraqlı deyildik. Bunun səbəblərindən ikisini artıq qeyd etdim. Bu, həm də kommersiya baxımından sərfəli deyildi. Təşkilati işlər üçün də çox az vaxt vardı” ("azerisport.com").

Bu açıqlama AFFA baş katibi Elxan Məmmədovundu. Söhbət noyabrın 11-də Moskvada Rusiya - Argentina yoldaşlıq oyunundan əvvəl (hansısa tarixdə) keçirilməsi nəzərdə tutulan Azərbaycan - Argentina yoxlama matçından gedir.

İlkin baxışda Məmmədovun yanaşmasını doğru hesab eləmək olar. Bəli, çox qısa müddətdir. Lap da onun dediyi kimi - mümkünsüzdü - demək də olmaz, ancaq çətin ki, 2 milyonu geri qaytarmaq mümkün olsun.

1. Azərbaycanda azad reklam bazarı yoxdur
2. AFFA-da dəbdəbəli marketinq şöbəsi olsa da, bu situasiyada faydalılığı şübhə altındadı

Arqumentlər sırasını xeyli uzatmaq da olar. Ancaq bəzi sualları da müzakirə edək.

2009-cu ildə (9 iyun) İspaniya ilə Bakıdakı oyun niyə keçirilmişdi? 1-1.2 milyon avro müqabilində Bakıya gələn pireneylilərlə qarşılaşma hansı marketinq əməliyyatıyla fərqləndi? Əlbəttə ki, heç bir maliyyə əməliyyatıyla!
Ödənilən məbləğin barı yarısı geri qaytarıldı? Təbii ki, xeyr!

Deməli, o vaxt devalvasiya yox idi, neft daha çox satılırdı və pul da ouyee...?

İndi pul yoxdur. Baş işlətmək qaçılmazdır. Ona görə də anlaşılır ki, Argentina kimi məşhur komanda, Messi kimi düha da gəlsə, 2 milyon ödəmək riskdir;

- Pulu çıxarmaq mümkün olmaya bilər
- Bu pula 5 dənə, misalçün, "Kəpəz" saxlamaq olar
- Bu pul PFL-in, təxminən, 5-6 illik büdcəsidir
- Bu məbləği verib Argentina ilə bir oyun oynamaq futbol oliqarxiyası üçün hansısa mənfəətə səbəb olmayacaq. Ondansa misalçün Dağıstan əsilli, yaxud Almaniyada doğulmuş babası qazaxıstanlı, nənəsi, tutalım, Sabirabaddan olan birini tapırsan, deyirsən ki, biz Azərbaycan futbolunu inkişaf etdiririk, al bu 10 mini, gəl, bizim yığmada oyna. 10 mini verib, kağızda 110 min göstərirsən. Marketinq əməliyyatı belə olur. Nə zamanın qısalığı dərdini çəkirsən, nə böyük şirkətlərlə reklam danışıqlarına ehtiyac qalır, nə də hansısa argentinalınının nazını çəkmək, matçının təşkilinə məsuliyyət daşımaq, baş sındırmaq və s.

Beləliklə, biz Elxan Məmmədovun açıqlamasındakı  peşəkar altqatı üzə çıxarmış olduq.

Elçin Cəlilov


oxunma sayı: 952 | Paylaş:




?>