')

Bu gün:


FutbolPress.Az | Prosineçki Sloveniyadan təklif aldığını təsdiqlədi: "Bir neçə gün sonra..."

Prosineçki Sloveniyadan təklif aldığını təsdiqlədi: "Bir neçə gün sonra..."


oxunma sayı: 582 Paylaş:

FutbolPressDekabrda Azərbaycan millisiylə müqaviləsi başa çatacaq Robert Prosineçkinin yeni iş yeri Sloveniya yığması ola bilər. Adıçəkilən ölkənin futbol federasiyası xorvatiyalı çalışdırıcının xidmətində maraqlıdı.

Bu barədə Prosineçkinin özü məlumat verib. O, Sloiveniya mətbuatına açıqlamasında təklif aldığını təsdiqləyib:

"Sloveniya Futbol Federasiyasından təklif var. Bir neçə gün sonra görüşümüz olacaq. Danışıqlar hansı qərarı verəcəyimi müəyyənləşdirəcək".

Prosineçki Sloveniya yığması ilə uğur qazana biləcəyini bildirib:

"Özümü bu milliyə hazır sayıram. Sloveniyada çox yaxşı oyunçular var. Onlarla uğur qazanmaq mümkündür. Bu futbolçular İtaliya, Fransa, İngiltərə, Almaniyada - hər yerdə yaxşı çıxış edə bilirlər. Sloveniyalı oyunçular çox keyfiyyətlidilər. Ancaq qısa zamanda möcüzəyə söz verə bilmərəm. Əvvəlcə komandadakı motivasiya qaldırılmalıdı".


oxunma sayı: 582 | Paylaş:




?>