Bu gün:


FutbolPress.Az | "... Rahidi içəri salmaq lazımdı" - Qurban Qurbanov

"... Rahidi içəri salmaq lazımdı" - Qurban Qurbanov


oxunma sayı: 1257 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında VIII turun “İnter” – “Qarabağ” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Həmişə olduğu kimi bu gün də “İnter”ə qarşı oynamaq çətin oldu. Futbolçular sona kimi hücum etməyə çalışdılar. “İnter”in problemlıəri olsa da, komandanın oyun üslubu dəyişməyib. Əsas da müdafiədə yaxşı çıxış edirlər. Komandam sona kimi ağılı oynamağa, hücum etməyə çalışdı. Sevinirik ki, çətin oyunda qələbə qazandıq.

- Dani Kintana, Yakub Jezniçak və Riçard Almeydanın oynamamsı meydançanın süni örtüklü olması ilə bağlı idi?
- Demək olar ki, hə. Rəşadda da bu problem var idi. Daninin oynamaq ehtimalı olsa da, meydana buraxmağı məsləhət bilmədik. Meydan amili bunda rol oynadı. Amma bu futbolçuların heç birinin ciddi problemi yoxdu.

- Miçelin zədəsi nə yerdədi? “Atleiko”ya qarşı oynaya biləcək? Bir də Ndlovu sonda zədələndi...
- Ndlovuya zərbə oldu. Yəqin ki, problem olmayacaq. Miçel də məşqdə əzələsində problem hiss etdi. Fərdi qaydada çalışır. Hələlik dəqiq demək olmur. “Atletiko”ya qarşı oynaya da bilər, oynamaya da.

- Rahid Əimirquliyev milli komandanın Almaniya ilə oyunda himni oxumadığı üçün tənqid olundu. Buna münasibətiniz necədi?
- Elə dediz ki, Rahidi aparıb içəri salmaq lazımdı. Amma bu barədə düşünməmişəm. Rahid əvvəllər də millini meydana kapitan kimi çıxarıb. Himn oxumamaq vətənə olan sevginin az olması deyil. Yaxud kimsə oxuyursa, bu o demək deyil ki, vətəni daha çox sevir. Üzərinə çox getmək lazım deyil. Rahidin vətənə sevgisini hamımız bilirik. Bu barədə məlumatım yox idi. Rahid uzun müddətdi ki, Azərbaycan futboluna xidmət edir. O, nümunəvi futbolçulardan biridi. Belə oyunçulara hörmətlə yanaşmaq lazımdı. Rahidə bir insan kimi, bir azərbaycanlı kimi qibtə etmişəm.

- Ağabala Ramazanovu çoxdandı meydanda görmürük. Bunun səbəbi nədi?
- Zədəlidi. Hələlik fərdi qaydada məşq edir. Bir neçə günə komandaya qoşulacaq.

- Ramil Şeydayev Almaniya ilə oyunun ən yaxşılarından idi. Bu gün meydanda olması gözlənilirdi...
- Bəzən oyun hazırlaşdığımız kimi getmir. Fikrimdə var idi ki, oynasın. Amma oyunun gedişatı buna imkan vermədi. Maksim Medvedevi də meydana buraxmaq istəyirdim, amma matçın gedişatı onu göstərdi ki, nəticə üçün başqa futbolçular çıxış etməlidi. Başqa hər hansı səbəbi yox idi.


oxunma sayı: 1257 | Paylaş: