Bu gün:


FutbolPress.Az | "10 xal topladığımız üçün xeyli tərifləndik" - Nazarov "Bild"ə danışdı

"10 xal topladığımız üçün xeyli tərifləndik" - Nazarov "Bild"ə danışdı


oxunma sayı: 291 Paylaş:

FutbolPressAzərbaycan millisinin üzvü Dmitri Nazarov Almaniyanın məşhur "Bild" nəşrinə açıqlama verib. Bu ölkənin "Ersgebirge" klubunun formasını geyinən futbolçu yığmanın DÇ-2018-in seçmə mərhələsindəki çıxışı haqda danışıb. Qzaxıstanlı legioner bildirib ki, qrupda 10 xal yığdıqları üçün xeyli tərifləniblər:

"Biz böyük uğur əldə etmişik. Azərbaycan millisi heç vaxt seçmə mərhələlərdə 10 xal toplamayıb. Buna görə xeyli tərifləndik”.

27 yaşlı yarımmüdafiəçi seçmə mərhələdə Almaniyaya qarşı iki oyun keçirdiklərinə görə sevindiklərini söyləyib:

"Dünya çempionu Almaniyaya qarşı iki dəfə oynadığımız üçün xoşbəxtik. Təəssüf ki, son matçda əsas heyətdə deyildim. Qasıq nahiyyəmdə zədə vardı. Buna görə də Çexiyaya qarşı matçda əvəzləndim, Almaniyaya ilə görüşdə isə cəmi 20 dəqiqə meydanda oldum".

Milli üzvü II Bundesliqanın növbəti turunda "Ersgebirge"nin heyətində "Qröyter Fürt"lə səfər oyunu barədə də düşüncələrini bğlüşüb:

"Rəqib hücum futbolu sərgiləyir və kifayət qədər təhlükəli komandadı. Baş məşqçi dəyişikliyindən sonra çox şey etmək istəyirlər. Döyüş xarakterli oyun olacaq. İnanıram ki, bu qarşılaşmaya tam hazır olacağam".


oxunma sayı: 291 | Paylaş: