')

Bu gün:


FutbolPress.Az | San-Marino, Kosovo, Ermənistan... - Yığmanın Millətlər Liqasındakı rəqibləri

San-Marino, Kosovo, Ermənistan... - Yığmanın Millətlər Liqasındakı rəqibləri


oxunma sayı: 2443 Paylaş:

FutbolPressUEFA Millətlər Liqasında divizionların yekun tərkibini açıqlayıb.

Son nəticələrdən sonra Azərbaycan yığması D Liqasında qərarlaşıb. Millimiz buranın ən güclüsüdü.

Son 3 turnirin (DÇ-2014, AÇ-2016 və DÇ-2018-in seçmə mərhələsi) nəticələrinə əsasən tərtib edilən liqalara görə ölkəmiz yalnız Avropanın 15 yığmasını geridə qoya bilib.

Hazırda Azərbaycanın yer aldığı D Liqasında 1-ci səbətdə yer alır. Millimizdən başqa Makedoniya, Gürcüstan və Belarus da bu səbətdədi.

D Liqası

I səbət
Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus
II səbət
Ermənistan, Latviya, Farer adaları, Lüksemburq
III səbət
Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta
IV səbət
Kosovo, Andorra, San Marino və Cəbəllütariq

D liqasının 16 komandası səbətlərdəki mövqelərinə görə 4 qrupa bölünəcək. Mümkün rəqiblərimiz arasında Ermənistan yığması da var. Lakin UEFA qərarına görə, bu iki komanda eyni qrupda yer ala bilməz. Bu iki yığma yalnız yarımfinal və finalda qarşılaşa bilərlər.

Ümumiyyətlə, qrupu lider kimi başa vuranlar sonrakı mərhələdə yarımfinal və final matçları oynayacaqlar. D Liqasının qalibi həm C Liqasına yüksələcək, həm də AVRO-2020-yə vəsiqə qazanacaq.

Qqrup oyunları 2018-ci ilin sentyabr-noyabr, həlledici matçları 2019-cu ilin iyununda baş tutacaq.


Millətlər Liqasında digər divizionların tərkibi belədi:

A Liqası (üç komandalı dörd qrup):

I səbət
Almaniya, Portuqaliya, Belçika, İspaniya
II səbət
Fransa, İngiltərə, İsveçrə, İtaliya
III səbət
Polşa, İslandiya, Xorvatiya, Hollandiya.

B Liqası (üç komandalı dörd qrup):

I səbət
Avstriya, Uels, Rusiya, Slovakiya
II səbət
İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina
III səbət
Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə

C Liqası (üç komandalı bir, dörd komandalı üç qrup):

I səbət
Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya
II səbət
Yunanıstan, Serbiya, Albaniya, Norveç
III səbət
Çernoqoriya, İsrail, Bolqarıstan, Finlandiya
IV səbət
Kipr, Estoniya, Litva



oxunma sayı: 2443 | Paylaş:




?>