Bu gün:


FutbolPress.Az | "Nə qədər ki, mən milidəyəm o, komandaya çağırılmayacaq" - Robert Prosineçki

"Nə qədər ki, mən milidəyəm o, komandaya çağırılmayacaq" - Robert Prosineçki


oxunma sayı: 567 Paylaş:

FutbolPressDÇ – 2018-in seçmə mərhələsində keçirilən Azərbaycan – Çexiya (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında milimizin baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Oyundan qabaq demişdim ki, çətin olacaq. Bunun şahidi olduq. Qolun əvəzini çıxsaq da, yenə geri düşdük. Hava toplarında problemimiz var. İkinci qolu da belə buraxdıq. Bundan sonra Ramil Şeydayev əla imkandan istifadə edə bilmədi. Rəqib bizdən bir az üstün idi. Hesab başqa cür ola bilərdi. Qələbə münasibətiylə Çexiyanı təbrik edirəm.

- Almaniya ilə oyundan sonra Bakıya qayıdacaqsız, yoxsa bu, paytaxtımızda son mətbuat konfransınızdı?
- Qayıdacam. İlin axırına kimi müqaviləm var. Həmin matçdan sonrsa AFFA rəhbərliyi ilə gələcəyi müzakirə edəcəyik.

- Əgər millidə qalsaz, hansı futbolçuları dəyişmək ehtimalınız var?
- Futbolıda səhvlər olur. Bu gün də çatışmazlıqlarımız oldu. Standart vəziyyətlərdə, bəzi mövqelərdə problemlər var. Mən qalsam, yaxud başqa biri gəlsə çox iş görməlidi. Rəşadın yerinə futbolçiu tapılımalıdı. Gənc oyunçuları hazırlaşdırmalıyıq. Mən gələndən sonra Azərbaycan millisi çox artırıb. Həm oyun, həm nəticələr baxımından. Gənc futbolçularla çox işləməliyik. Bu gün Mahir Mədətovu 15 dəqiqə oynatdıq. Bəlkə də əsas heyətdə olmadığı üçün məndən incimişdi. Bu gün özünü göstərə bilmədi. Mövqelərə alternativlər axtarmalıyıq. Bunun üçün vaxtımız var. Əgər qalsam, əsas gənc oyunçularla işləyəcəm.

- İlk “11-lik”də oyun praktikası olmayan futbolçular var idi. Dəniz Yılmaz “Bursaspor”da çox oynasa da, niyə milliyə dəvət almır?
- İndiyə kimi deməmişəm. Ancaq indi cavab verəcək. Mart ayında Almaniyaya qarşı matçda əsas heyətdə çıxmalıydı, amma oynamaq istəmədi. O futbolçu ki, komandanın formasını geymək istəmir, mən onu heyətə buraxmayacam.  Nə qədər ki, milidəyəm o, heyətdə olmayacaq.

- Niyə oynamaq istəmirdi?
- Çünki onu istədiyim mövqedə oynatmağıma razı olmurdu. Peşəkar futbolçu istənilən mövqedə oynamalıdı. Bundan sonra “Bursaspor”da ikinci heyətə göndərildi. İndi də nadir hallarda oynayır.

- Bizdən xeyli az sayda əhalisi olan ölkələr - Xorvatiya, Serbiyada futbol xeyli inkişaf edib. Niyə bizdə heç vaxt məşqçilər komandada nəyin alınmadığını demir?
- Problem barədə həmişə danışmışam. Serbiyada, Xorvatiyada istedadlı futbolçular çoxdu. Bu ölkənin futbolçuları güclü ölkələrin çempionatında çıxış edirlər. Ancaq burda tam fərqlidi. Ölkə çempionatında çıxış edn Bədavi Hüseynov və Rəşad Sadıqov kofe içə-içə oynaya bilərlər. Problem bizdə top-ölkə çempionatlarında oynayacaq futbolçuların olmamasıdı.

- 3 gün sonra Almaniya ilə görüş var. Belə zəif oyunla komandadan nə gözləyirsiz?
- Almanların qabağına nəsə çıxarmaq çətindi. Bu, təkcə Azərbaycana yox, bütün millilərə aiddi. Oyunçuların vəziyyətinə baxmalıyıq. Müdafiənin mərkəzində problem var. Bədavi Hüseynov da zədələndi. Bulmirəm müdafiədə kimləri oynadacam. Çıxıb yaxşı oynamağa çalışmalıyıq. Başqa bir şey gözləmək mümkün deyil.


oxunma sayı: 567 | Paylaş: