Bu gün:


FutbolPress.Az | "Atam bütün qazancını mənə verirdi" - azərbaycanlı çempion

"Atam bütün qazancını mənə verirdi" - azərbaycanlı çempion


oxunma sayı: 124 Paylaş:

FutbolPressKeçən ay İngiltərənin paytaxtı Londonda keçirilən ateltika üzrə dünya çempionatında 200 m məsafəyə qaçışda qızıl medal qazanan Azərbaycan əsilli türkiyəli idmançı Ramil Quliyev açıqlama verib. Qonşu ölkə mətbuatına danışan atlet bir sıra maraqlı məqmlara toxunub.

Ramil hələ Azərbaycanda olduğu vaxt, yeniyetməlik illərində çəkdiyi maddi sıxıntılar barədə məlumat verib. 27 yaşlı atlet idmançı olan atasının (Eldar Quliyev - red.) bütün qazancını məhz ona xərclədiyini bildirib:

"İdman ailəmizin bir hissəsi idi. Atam özü də yüngül atletika ilə məşğul idi. O, 200 metr məsafəyə qaçış yarışlarında iştirak edirdi. Mənim sprinter olmaq istədiyimi biləndə çox sevindi. Uğur qazanmağım üçün bütün qazancını mənə verirdi. Çətin vaxtlar idi, amma heç vaxt idmanı buraxmadım və çoxlu uğurlar əldə etdim".

Quliyev gələcək məqsədlərindən də danışıb. O, Olmipiya çempionu olmaq istədiyini bildirib:

"Bütün hazırlıqlarım Olimpiada üçündü. Olimpiya oyunlarında medal qazanmaq istəyirəm. Ancaq hazırda ən yaxın yarış 2018-ci ilin avqustunda Berlində keçiriləcək Avropa çempionatıdı. Hələlik məşqlərimi ona hesablamışam".

Ramil Quilyev 2011-ci ilə qədər yarışlarda Azərbaycanı təmsil edib. Atletika Federasiyası ilə yaşanan problemlərdən sonra Ramil Türkiyəyə köçərək, qonşu ölkə adına çıxış etməyə başlayıb.


oxunma sayı: 124 | Paylaş: