')

Bu gün:


FutbolPress.Az | Dembelenin boşluğu: Arda sonuncu seçimdi

Dembelenin boşluğu: Arda sonuncu seçimdi


oxunma sayı: 966 Paylaş:

FutbolPressXəbər verdiyimiz kimi, "Barselona"nın bu yay "Borussiya"dan heyətə qatdığı Usman Dembele zədələnib. Fransız vinger azı 3 ay yaşıl meydanlardan kənar qalacaq.

"Marca"nın yaydığı informasiyaya görə, "Kataloniya" klubunun baş məşqçisi Ernesto Valverde gənc oyunçunun yerinə kimi oynadacağını müəyyənləşdirib. Bildirilir ki, Dembeleni böyük ehtimalla Jerer Deulofeu əvəzləyəcək. Bundan başqa Serji Roberto, Aleyş Vidal və Denis Suaresin də oynamaq şansı yüksək qiymətləndirilir.

Valverde həmin mövqedə oynaya bilən daha iki futbolçunu - Arda Turan və Rafinya variantlarını isə ümumiyyətlə düşünmür. Bu iki oyunçu sonuncu seçim hesab edilir.


oxunma sayı: 966 | Paylaş:




?>