')

Bu gün:


FutbolPress.Az | "Seltik"in baş məşqçisindən "Qarabağ"a dəstək

"Seltik"in baş məşqçisindən "Qarabağ"a dəstək


oxunma sayı: 1354 Paylaş:

FutbolPress“Seltik”in baş məşqçisi Brendan Rocers Çempionlar Liqasının qrup mərhələsində PSJ-yə 0:5 hesablı məğlubiyyətdən sonra açıqlama verib.

Şimali irlandiyalı mütəxəssis böyükhesablı məğlubiyyətin səbəbini klublar arasındakı büdcə fərqində görüb. O, ilk oyunda "Çelsi"yə 0:6 uduzan "Qarabağ"ı da misal göstərib:

“Belə klublara qarşı oynamaq asan deyil. PSJ-nin ən ucuz futbolçusu 40 milyon avrodu. “Qarabağ”ı götürək, “Çelsi”yə 0:6 hesabı ilə uduzdu. Onları kimsə buna görə günahlandıra bilər? Yox. Çünki fərq ortadadı. Belə komandalarda 1-2 üst səviyyəli futbolçu olur və digərləri də onların üzərindən oynayır. Ancaq bu da hər zaman yaxşı alınmır”.


oxunma sayı: 1354 | Paylaş:




?>