Bu gün:


FutbolPress.Az | "Qəbələ"də iki problem

"Qəbələ"də iki problem


oxunma sayı: 24 Paylaş:

FutbolPress“Qəbələ” Topaz Premyer Liqasının V turunun hazırlıqlarını davam etdirir.

Birgünlük istirahətdən sonra sentyabrın 12-də Bakıda bir araya gələn “qırmızı-qaralar” məşqlərini paytaxtda gerçəkləşdirir. Komanda Premyer Liqanın debütantı “Səbail”lə səfər matçının hazırlığı çərçivəsində gündə bir dəfə məşqə çıxır.

Zədə səbəbindən iki futbolçu məşq prosesindən kənar qalıb. Bunlar ötən turun “Zirə” ilə matçında zədələnən Filip Ozobiçlə Stiven Jozef-Monrozdur.

“Səbail” – “Qəbələ” oyunu sentyabrın 17-də Bakıda keçiriləcək.


oxunma sayı: 24 | Paylaş: