Bu gün:


FutbolPress.Az | DÇ - 2018: biletlər satışa çıxarılır

DÇ - 2018: biletlər satışa çıxarılır


oxunma sayı: 21 Paylaş:

FutbolPressRusiyada keçiriləcək DÇ-2018-in oyunlarına biletlər satışa çıxır. Artıq sabahdan mundialı canlı izləmək arzusunda olanlar öz biletlərini almaq şansı qazanacaqlar.

İlk satış dönəmi 14 sentyabr – 16 noyabr tarixləri aralığında olacaq. Biletlərin növbəti partiyası isə 5 dekabr - 31 yanvar və 13 mart - 3 aprel aralığında satışa çıxacaq.

Qrup mərhələsinin oyunları 175-455 ABŞ dolları arasında dəyişir. Final matçı üçün bilet isə 550-1100 dollar arasında olacaq.

Xaricdən Rusiyadakı mundialı canlı izləməyə gələnlər üçün 1, 2 və 3-cü kateqoriya biletlər satışa çıxarılacaq. 3-cü kateqoriyada ən ucuz biletlər qrup mərhələsində 105, 1/4 finalda 175, finalda isə 455 dollar olacaq. 1-ci və ən bahalı kateqoriya üçün biletlərin qiyməti isə qrupda 550, həlledici oyun üçün isə 1100 dollardan başlayır.

4-cü kateqoriya biletlər isə ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Bu kateqoriyaya aid biletlərin qiyməti qrup mərhələsində 22, final qarşılaşması üçün isə 122 dollardan başlayır.

Biletlər FIFA-nın rəsmi saytı vasitəsilə satılacaq.


oxunma sayı: 21 | Paylaş: