Bu gün:


FutbolPress.Az | 18 il sonra 3-cü dəfə

18 il sonra 3-cü dəfə


oxunma sayı: 208 Paylaş:

FutbolPress"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu keçirib. Təmsilçimiz Londonda "Çelsi"nin qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsiylə başa çatıb - 6:0.

Qeydə alınan hesab Ağdam klubunun avrokuboklar tarixində antirekordunun təkrarlanması anlamına gəlib. "Süvarilər" bunadək də iki dəfə altı top fərqinə məyus olub.

Bunların hər ikisi ötən əsrə təsadüf edib. Əvvəlcə 1998-ci ildə səfərdə "Kopenhagen"ə  6 cavabsız qolla uduzan əyalət klubu, bir il sonra Fransa "Monpelye"sinə də eyni hesabla məğlub olub.

"Çelsi" ilə dünənki  matçda antirekord 18 ildən sonra təkrarlanıb. Bu, həm də Qurban Qurbanovu  rəhbərliyi altında komandanın ən acınacaqlı məğlubiyyəti kimi tarixə düşüb.


oxunma sayı: 208 | Paylaş: