Bu gün:


FutbolPress.Az | Sadıq Sadıqov qayıtsın? (KİÇİK QEYD)

Sadıq Sadıqov qayıtsın? (KİÇİK QEYD)


oxunma sayı: 401 Paylaş:

FutbolPressSon günlər "Neftçi" həndəvərində bir məlum, iki naməlum hadisə cərəyan edir. Məlum odur ki, komanda düçar olduğu uğursuzluq zolağından çıxa bilmir ki bilmir...

O biri məqamlardan biri baş məşqçi postuna Tərlan Əhmədov, digəri isə klub rəhbərliyinə Sadıq Sadıqovun qayıtması ətrafında dedi-qodulardı.

***                ***                 ***

Əhmədov söhbətlərindəki məzəli motivlər az deyil. Məsələn, ayın əvvəllərindən "dövriyyəyə buraxılan" xəbərlərdən dərhal sonra Əhmədovla əlaqə saxlayıb, informasiyaya münasibət öyrədik: "Vallah, hələ heç bir təklif yoxdur, istirahət edirəm".

Amma təklif də, təklif ətrafında müzakirə də olubmuş.

Mövzu ətrafında ikinci dalğa isə 2-3 gün əvvəl əmələ gəldi. Yenə Əhmədovla əlaqə və yenə: "U-21-ə baş məşqçi təyin olunduğum yazılır, az sonra da "Neftçi" ilə anlaşdığımı deyirlər. Mənimlə heç nə danışılmayıb".

Ancaq məsələnin son mərhələsindəymişik.

Əcəba, Əhmədovun təkzibi nəyə gərək idi? Hətta bu gün də dəqiq bir söz demir. Ancaq kuluarlarda artıq özü ilə iki futbolçu da gətirdiyi əminliklə vurğulanr.

"Neftçi"nin gün-güzəranına yaraşır elə bu məxfilik həngaməsi...

****                ***                ***

Əhmədovun dürüst biri olduğunu bilirik. Davam edən prosesi inadla təkzib eləməsində, güman ki, ona ciddi tapşırıq var. Hərgah, dürüst Əhmədovun tapşırıqla yox, öz bildiyi ilə hərəkət elədiyinə də inanırdıq/inanırıq...

Bəs məxfiliyə meyl nədən qaynaqlanır?

Bu məqamda sonuncu - ən aktual məqama qədəm qoyuruq - Sadıq Sadıqov doğrudanmı "Neftçi"yə qayıtmaq üzrədir?

"FutbolPress" hələ mayda bu haqda xəbər vermişdi. Sadıqovun geri qaytarılması/qayıtması üçün kulisdə işlər heç vaxt səngiməyib. Baxmayaraq ki, özü kluba qayıdışını biganə tonda təkzib edir, heç istəmirmiş kimi davranır və s.

Cüdo federasiyasında vitse-prezident olmaqla "Neftçi" PFK-da prezident olmaq çox fərqlidir. İkincinin komfortu birincini "döyər"...

Döymək demişkən, siz necə düşünürsüz, doğrudanmı Sadıq Sadıqov "Neftçi" rəhbərliyinə qayıtmalıdır?

Qapı döyülür...

Elçin Cəlilov


oxunma sayı: 401 | Paylaş: