Bu gün:


FutbolPress.Az | Samir Abasov: "Hansısa oyunda "partlaya" bilərik"

Samir Abasov: "Hansısa oyunda "partlaya" bilərik"


oxunma sayı: 211 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında IV turun "Sumqayıt" - "Neftçi" (1:0) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə görüş barədə fikirlərini bildirib:

"Çox çətindir. Özüm də ikinci hissəyə görə gərginəm. Rahat udulası oyunu bu vəziyyətə gətirdilər. Yenə, səhərə kimi yata bilməyəcəm. Əvəzetmədən girənlər yaxşı təsir bağışlamadı. Bizə bir az vaxt lazımdır. "Neftçi"yə qarşı qeyri-adi hazırlaşmamışdıq. İkinci hissədə zəif çıxış etməyimiz öz günahımızıdır".

- Komandanız ilk hissədə yaxşı təsir bağışlasa da, xeyli sayda qol epizodunu boşa verdiniz. Bu, nə ilə bağlıdır?
- Qol vəziyyətlərini boşa veririk. Bəlkə də hansısa oyunda "partlaya" bilərik. Matça çox sürətli başldadıq. Amma cızığımızdan çıxdıq. Məşqdə etdiklərimizi təkrarlaya bilsək daha çox qol vura bilərdik.

- Rəşad Eyyubovun əvəzinə meydana daxil olan Kamal Mirzəyev özünü doğrultmadı...
- Bəli, sizinlə tamailə razıyam.

- Eyyubov meydandan çıxan zaman nəyə etiraz edirdi?
- Oyanamaq istəyirdi. Mən isə əvəzlədim. Emosiya, vəssalam.

- Tribunalarda boş yer qalmamışdı deyə, xeyli azarkeş oyunu stadionun kənarında ayaq üstə izləyirdi. Bu barədə nə deyə bilərsiniz?
- Bu məsələ mənə aid deyil deyə, fikirləşdə bilmirəm. Bağışlayın ki, suala cavab vermirəm.


oxunma sayı: 211 | Paylaş: