Bu gün:


FutbolPress.Az | “Roma” azarkeşləri, b ir vəsiqəylə beş bilet alanlar...  (FOTOLAR + VİDEO)

“Roma” azarkeşləri, bir vəsiqəylə beş bilet alanlar... (FOTOLAR + VİDEO)


oxunma sayı: 1067 Paylaş:

FutbolPressÇempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Roma” oyununa bilet satışı davam edir. Satış həm onlayn, həm də ənənəvi üsulla təşkil edilir.
 
“FutbolPress”in əməkdaşı bilet satış məntəqəsində olub. “Gənclik Mall”da kifayət qədər alıcı sıxlığı müşahidə olunub. Satış məntəqəsində çəkiliş zamanı bir sıra maraqlı məqamlar nəzərə çarpıb.

Əvvəlcədən təqdim edilən hər şəxsiyyət vəsiqəsinə görə yalnız 1 biletin satılması nəzərdə tutulsa da, qəribədi ki, adının çəkilməsini istəməyən şəxs eyni vəsiqə ilə 5 bilet əldə edilə bildiyini söyləyib. O, məhz özünün bir şəxsiyyət vəsiqəsilə 5 bilet aldığını bildirib.
 
Daha bir maraqlı məqam isə bilet almağa gələnlərin arasında “Roma”ya azarkeşlik edən azərbaycanlıların da olmasıdı. Klubun Azərbaycan fan-klubunun üzvləri sentyabrın 27-də sevimli klublarına dəstək olacaqlarını bildiriblər...













oxunma sayı: 1067 | Paylaş: