"Qarabağ" əvəzinə "Binə"...
Paylaş:
Premyer Liqada yaranan fasilədən istifadə edən "Səbail" yoxlama oyunu keçirəcək.
Komanda sabah I Divizionun debütantı "Binə" ilə qarşılaşacaq. "Dalğa Arena"da keçiriləcək görüş 17:00-da başlayacaq.
"Səbail" Premyer Liqanın IV turunda sabah "Qarabağ"la üzləşməli olsa da, Adam klubunun Çempionlar Liqasındakı iştirakı ilə əlaqədar həmin görüş təxirə salınıb.
| Paylaş: