Bu gün:


FutbolPress.Az | Samirin narazı olmamasındakı həqiqət (QEYD)

Samirin narazı olmamasındakı həqiqət (QEYD)


oxunma sayı: 276 Paylaş:

FutbolPress"Uduzmağımıza baxmayaraq, oyundan o qədər də narazı deyiləm. Böyük problem görmürəm. Düşünürəm ki, oyunumuzu zamanla tapacağıq. Çünki yaxşı komandamız var”- bunu "Zirə" - "Sumqayıt" (3:1) matçından sonrakı mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abasov deyib.

Abasov bilir ki, komandası yaxşıdı, doğru deyir. Ancaq narazı olmaması bir az doğru olmadı.

"Sumqayıt" bu il ənənəsindən bir az kənara çıxaraq heyətə yaşlı oyunçular cəlb elədi. Məqsəd təcrübə kompozisiyasını qurmaq idi, ancaq 3 tur geridə qalsa da, bu, alınmır.

Xüsusən, "Zirə" keyfiyyətli əks-hücumları ilə Abasovun komandasındakı bütün axsaqlıqları açıb qoydu ortaya.

1. Xətlərarası əlaqə aşağı səviyyədədir.
2. Komanda rəqibin hücumu zamanı "arxaya dola" bilmir, oyunçular mövqelərinə anında yetişmir. Bu da fiziki formanın yaxşı vəziyyətdə olmamasının göstəricisidi.
3. Təcrübəlilər yersiz təşəbbüskarlıqlarıyla diqqət çəkirlər. Cavid İmamverdiyev komanda/ansambl hərəkətinə üstünlük verirsə, Rəşad Eyyubova bunu şamil eləmək olmur.

Ayxan Abbasovun "drujinası" 3 oyuna 3 qələbə ilə diqqətləri özünə çəkib. Bu komanda həm də çox yaxşı hücum qurur. Sürətli həmlələr və rəqibin zəif nahiyələrini müəyyənləşdirib, o istiqamətə yüklənmək kimi keyfiyyətlər məhz Abbasovun tərzidir. Həm də əvəzetmədən oyuna çox uğurlu müdaxilələriylə alqışa layiqdir.

Abasov isə bu heyəti kompaktlaşırmaqçün hələ çox işləməlidir. Çox işləməklə "Sumqayıt"ı iddialılar arasında götürə biləcəkmi - sual budur. Baxmayaraq ki, oyun komponentlərində aciz qalıb, uduzduğu qarşılaşmada komandasından razılıq edir...

"FutbolPress"


oxunma sayı: 276 | Paylaş: