Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin üzvündən bürünc medal

"Qəbələ"nin üzvündən bürünc medal


oxunma sayı: 29 Paylaş:

FutbolPressAzərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Məhəmməd Məmmədov Tayvanda təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının mükafatçısı olub.

O, yarışın son günündə fərqlənib. 63 kq çəki dərəcəsində çıxış edən Məmmədov Universiadanın bürünc mükafatına sahib çıxıb.

Taekvondoçu 1/16 finalda meksikalı Edqar Porras Reyesi 21:5, 1/8 finalda Tay Tin Vinqi (Honq Konq) 29:9, 1/4 finalda isə braziliyalı Venilton Torres Teyxeiranı 24:12 hesabı ilə məğlub edib. Bununla da yarımfinala yüksələn Məhəmməd finalın bir addımlığında iranlı rəqibi Mirhaşem Hosseyniyə uduzub (9:19) və yarışın bürünc mükafatçısı olub.


oxunma sayı: 29 | Paylaş: