Bu gün:


FutbolPress.Az | "Kəpəz"də sular bulanır - mübahisə və inciklik

"Kəpəz"də sular bulanır - mübahisə və inciklik


oxunma sayı: 343 Paylaş:

FutbolPressPremyer Liqanın III turunda "Neftçi"ylə heç-heçə oynayan (0:0) "Kəpəz"də daxili ab-hava yaxşı deyil.

Kluba yaxın mənbələrdən verilən məlumata görə, AFFA ilə Gəncə şəhər İcra Hakimiyyəti arasında münasibətlər pisləşib.

Buna səbəb "Kəpəz"in himayəsində tərəflərin razılaşdıra bilmədiyi məqamlardır.

Bir müddət əvvəl xəbər vermişdik ki, komandadakı legionerləri yerli iş adamlarının verdiyi ianələr hesabına saxlayırdılar, lakin bu məsələdə narazılıqlar gələn maliyyənin dayanmasına səbəb olub. Belədə "Kəpəz" əcnəbi keyfiyyətli futbolçularıyla yolları ayırmağa məcbur qalıb. Gəncənin icra hakimi Elmar Vəliyev AFFA-ya müraciət isə müsbət cavablandırılmayıb və komanda zəif oyunçularla davam eləməyə məcbur qalıb.

Bu və başqa detalllar tərəflər arasında münasibətləri soyudub.

Elə bugünkü oyunda da klubun icraçı direktoru Cabid İbrahimov Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğluyla həmişə kimi birlikdə əyləşməyiblər.

Cabir bəy İH nümayəndəsidi, Mikayıl Nərimanoğlu isə MŞ üzvü olsa da klubda əsas fiqurlardan biridir - AFFA-nı təmsil eləyərək.

Məlumatlı mənbə bildirir ki, hətta Cabir İbrahimovla Mikayıl Nərimanoğlu arasında sərt mübahisə də olub.

Olanlar "Kəpəz" üçün yaxşı heç nə vəd eləmir. Klubun uzaq olmayan gələcəkdə daha ağır böhrana düşə biləcəyi istisna edilmir.

"FutbolPress"


oxunma sayı: 343 | Paylaş: