Bu gün:


FutbolPress.Az | "Qarabağ"a ayrılan 2 milyon və ... (KİÇİK QEYD)

"Qarabağ"a ayrılan 2 milyon və ... (KİÇİK QEYD)


oxunma sayı: 270 Paylaş:

FutbolPressBu gün ölkə prezidenti İlham Әliyev futbol tariximizdə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ"ı qәbul edib. Xәbәr verilir ki, dövlət başçısı klub üçün 2 milyon manat ayrılmasına göstәriş verib.

Ancaq daha yaxşı olardı ki, ölkә futbolunun gәlirgәtirәn sahәyә çevrilmәsi üçün bu istiqamətlərdə tapşırıqlar olsun:

- Futbol rәhbәrliyi açıq seçki yoluyla seçilsin. Seçkidә vә namizәdlikdә iştirak edәnlәr sahәyә bәlәd vә peşәkar insanlar olsun.

- Avrokuboklarda uğur qazanan klublarda buna görә UEFA-dan verilәn pul mükafatından vergi tutulmasın (Mәsәlәn, "Qarabağ" ÇL qrupuna düşdüyü üçün 30 milyon manata yaxın gəlir əldə edib. Bunun 20%-dәn çoxu vergi kimi tutulacaq. Belәdә AFFA ölkә çempionatında mükafatçılar sırasına düşənlərə pul vermirsә, onda klubun Avropaya çıxmaq üçün stimulu az olacaq).

- Hazırkı idarәçiliyin buraxdığı sәhvlәrin müәyyәnlәşdirilmәsi üçün komissiya yardılsın. Yeni inkişaf proqramı tәrtib edilsin...

"FutbolPress"


oxunma sayı: 270 | Paylaş: