Bu gün:


FutbolPress.Az | Rövnəq Abdullayevin "Qarabağ"ı qəliz təbrik eləməkliyi (QEYD)

Rövnəq Abdullayevin "Qarabağ"ı qəliz təbrik eləməkliyi (QEYD)


oxunma sayı: 1626 Paylaş:

FutbolPress"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsindən sonra ilk reaksiyalar AFFA prezidenti Rövnəq Abdullayev və PFL prezidenti Ramin Musayevdən gəldi. Musayevin açıqlamasına baxmadan da hansısa "xoruz" buraxılması hadisəsini iddia eləmək olar.

 Bəs Rövnəq Abdullayevə nə gəlib/nə olub? Bu nə açıqlamadı, nə cümlələrdi belə? 

"Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir". Rövnəq müəllim, siz belə qəliz danışmazdınız axı. Nə olub?

***              ***                  ***

Rövnəq müəllim, təxminən heç bir cümləsini tamamlaya bilmir, yaxud da heç biri qrammatik qaydaya uyğunluq olmur. Bu nə ütülü açıqlamadı?

Olmazdımı, bunu bir az sadə, danışıq dilinə uyğun tərzdə hazırlayardılar? 

Bu, əslində Abdullayevi məsxərə hədəfinə gətirməkçün bilərəkdən/bilməyərəkdən atılan addımdı. 

Hələ cümlədəki fikrin açılışını edək. "...tarixi uğurun ilk sətirləridir" nə deməkdir? Bu, maksimumdu axı. Hansı əsasla buna ilk sətirlər deyirsiz? Məgər Azərbaycanda sanballı, ciddi dayaqlara əsaslanan futbol prosesimi var, siz də iddia edirsiz ki, böyük tarixin ilk sətirləridir? 

Siz, "Səbail" Premyer Liqaya çıxsa, oğlunuz yenə klubun rəhbərliyində təmsil olunacaqmı" sualına", "Oğlum xaricdən gəlmişdi, bekar gəzməsin deyə, bir klub yaratdıq, onu gətirdik ora" demiş və gülmüş və zarafat elədiyinizi sanmış əfsanəsiniz, Rövnəq bəy. Sizin Azərbaycan futbolunu idarə edə bilmədiyiniz I Divizionun çempionu "Tovuz Turan"ı deyil, "Səbail"in Premyer Liqaya gətirilməsinə xeyir-dua verməyinizdən məlumdur. Ölkə çempionatında komanda sayı azala-azala gedir. Baxın, siz bu xidmətləri qabarda bilərsiniz, "Qarabağ"ın, "Qəbələ"nin uğurlarına əl uzatmayın...

Bu möhtəşəm nəticə "Qarabağ"ın bir klub, Qurbanovun baş məşqçi olaraq öz komandasıyla birgə bir layihəsidir. Sadəcə, lokal bir hadisənin miqyası böyük nəticəsi. Siz buna hansı əsasla böyük tarixin ilk sətirləri deyirsiz? 

Dediyinizin məntiqini göstərən izahınız varmı? 

Son 10 il Azərbaycanda müxtəlif imkanlı klublar oldu. O klubların büdcəsi "Qarabağ"ınkından az deyildi ki, hələ çox idi. Bu klubların heç biri nəyisə əkib, onun məhsulunu becərmirdi, sadəcə, hər klub himayəçisinə neftdən bir boru verilmişdi, futbola da ayırırdı...

Hanı bəs obirilərinin uğuru? 

Ümumiyyətlə, əksəri süquta uğradı. Çünki süni qurulmuş, bu sahədən uzaq adamların idarə elədiyi, daha doğrusu söküb-taladığı adamların klublar idi. Xilas eləyə bildiniz? Yox. Sizin neft pullarının futbolumuz vasitəsiylə ölkədən xaricə ifrat axınını qarşısını alacaq hansısa proqramınız oldu? Nrç. 

O klubların baş məşqçilərə, hər mövsüm vaqon-vaqon gedib-gələn legionerlərə görə ödədikləri pullar heç bir məhsula çevrilmədi, mənfəət yaratmadı, sadəcə, axdı, çıxdı ölkədən. 

Böyük bir anarxiya dövrünün içində "Qarabağ" öz dəsti-xəttini pozmadı. Sizin, indi təbriki belə qıymayan baş katibiniz Elxan Məmmədovun milyonuncu uğursuz layihəsi olan Müşahidə Şurası ideyasını qəbul etmədi, ona görə uğurlu oldu, Abdullayev. O MŞ avantürasını yaxın buraxmayan digər klub "Qəbələ" idi. Ki, o da ötən il Avropa Liqasında qrupa çıxdı. AL-də ilk böyük uğuru qazanan "Neftçi" də bunu MŞ əsarətinə alınmazdan əvvəl etmişdi, indi MŞ-lı "Neftçi"nin halına ağlamaq gərək.

Siz ayılsanız, bu, Azərbaycan futbolu üçün doğrudan da "tarixi uğurun ilk sətirlərindən" biri olacaq. Ancaq yatmısınız, inandığınız idarəçilər də eninə-uzununa idarə eləyə bilməməyin salnaməsini yaradır. 

Elçin Cəlilov


oxunma sayı: 1626 | Paylaş: