"Qarabağ" "Kopenhagen"in keçə bilməyəcəyi rəqib deyil"
Paylaş:
Danimarkalı məşqçi Klaus Norqaard ölkəsinin mətbuatına müsahibəsində Çempionlar Liqasının pley-off mərhələsində bir-birinə rəqib olan “Qarabağ” – “Kopenhagen” cütündən danışıb.
O, həmyerlilərinin Azərbaycan klubunu keçmək gücündə olduğunu deyib:
“Kopenhagen” həmişəkindən zəif deyil. Sadəcə bəzi futbolçular var ki, onlar göndərdilər. Bu amil də oyunlara təsirini göstərdi. Danimarkada “Qarabağ”a qarşı daha yaxşı oyun gözləyirəm. Pavloviç, Santander, Pieros Sotiriu və başqaları daha yaxşı çıxış etməlidir. İntizamı qorumaq lazımdır. Beyinlə düşünüb qərar vermək lazımdır. “Qarabağ” “Kopenhagen”in keçə bilməyəcəyi səviyyədə komanda deyil”.
“Qarabağ” – “Kopenhagen” görüşü təmsilçimizin minimal hesablı qələbəsiylə başa çatıb - 1:0. Cavab matçı avqustun 23-də keçiriləcək.
| Paylaş: