')

Bu gün:


FutbolPress.Az | “Qarabağ”a qarşı yersiz aqressiya (YAZI)

“Qarabağ”a qarşı yersiz aqressiya (YAZI)


oxunma sayı: 1197 Paylaş:

FutbolPressİlk dəfə Çempionlar Liqasının play-off mərhələsində çıxış edəcək “Qarabağ”ın oyunu üçün satışa çıxarılan biletlər demək olar ki, bitib. İsti hava şəraitinə baxmayaraq, insanlar kassalarda bilet almaq üçün uzun növbələr yaradır, saatlarla gözləyir...

Lakin...

İlk gündən bilet satışı ilə bağlı etiraz edən insanlar sosial şəbəkələrdə Ağdam klubunu “topa tuturlar”. Daha doğrusu, haqlı görünən, amma daxilində boş və mənasız olan iradları ilə publikaya oynayırlar. Onlayn bilet, “qara bazar” və sair və ilaxır..

Bu məsələyə fikir bildirmək qərarına gəldim və məsələni müəyyən qədər aydınlaşdırmağa çalışacam.

Əvvəla, bu gün stadionları dolduran insanların təxminən 70-80 faizi onlayn satış sistemi tətbiq olunsa, oyuna gedə bilməyəcək. Çünki onlayn proseslər cəmiyyətimizdə bir o qədər də aktual deyil. “Kopenhagen”lə qarşı oyunda oturduğunuz sektorda kiçik bu sorğu aparın və reallığı görün. Təxmini bütün cavablar belə olacaq: O nədi elə?

“Qara bazar” qlobal problemdir. Təkcə futbolda yox, demək olar ki, bütün idman növlərində eyni çətinliyə rast gəlinir. Beləliklə, bu, klubun problemi deyil və ola da bilməz! Üstəlik “Qarabağ” bunun qarşısını almaq üçün çox cəhd göstərir (bir nəfərə satılan bilet sayında limit, 1 manatlıq bilətlərin satışının günlər üzrə paylanması) və bu təqdirəlayiqdi. Ancaq klubun əsas məqsədi və arzusu, satışa çıxarılan bütün biletlərin satılması, stadionun dolmasıdır. Uzun sözün qısası, yersiz aqresiyasınızın yönələcəyi obyekt “Qarabağ” deyil. Səbəbini özünüzdə və başqa yerlərdə axtarın...

Kluba təklif edirəm ki, illik üzvlük kartları satışa çıxarılsın. Məqbul bir qiymət əvəzində (məsələn, 100-200 azn) klubun Topaz Premyer Liqasında və Avropadakı oyunlarına yer təklif olunsun. Lakin şərt qoyulsun ki, əgər kartın sahibi liqanın minimum 5 oyununa gəlməyibsə,Avropa oyunlarına buraxılmasın. Onda görək, bu gün bilet davası edən kütlənin neçə faizi Avroliqa oyunlarına buraxılacaq...

Bəhanələr olacaq ki, daxili çempionat maraqsızdı və sair və ilaxır. Futbol bir biznesdi! Əgər məhsula tələbat yoxdusa, iş adamları niyə və nə üçün ciblərindən milyonlarla pul xərcləyib klub saxlayırlar? Əgər siz stadionlara getsəniz, liqaya maraq yaratsanız, şübhə yoxdu ki, vəziyyət indikindən qat-qat fərqli olar.

Bir də, ümumiyyətlə, onlayn satış məsələsi ancaq avrokubok oyunlarında yada düşür. Mən başa düşmürəm, siz ildə bir dəfə oyuna gəlirsiniz deyə klubu nəyə görə rahatlığınızı fikirləşməlidi? Rast ki, ancaq Avropa oyunlarına maraq göstərirsiniz, o zaman, zəhmət olmasa, gedin kassalara, biletinizi alın və bəhanələrinizi özünüz üçün saxlayın. Bəyənmədiyiniz fan-klub uşaqları 40 dərəcə isti altında plakatlar hazırlayanda, sizlər heç klublarımızın adlarını bilmirdiniz. Şəxsən özüm, “Qarabağ”ın “Sent-Etyen”lə rəqib meydanında olan qarşılaşmasından sonra bir neçə saat rəqib ultrasların əhatəsində qalanda, ac-yalavac otelə gəlib çatanda, bugünkü onlayn bilet davası edən kütlə “Qarabağ”ın “İnter”lə oyununa rəqibin ulduz oyunçularını görmək üçün bilet axtarırdı...

Elçin Hüseynli


oxunma sayı: 1197 | Paylaş:




?>