')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"la oyunlarmız əla şou olacaq"

"Qarabağ"la oyunlarmız əla şou olacaq"


oxunma sayı: 166 Paylaş:

FutbolPress"Fikrimcə, "Qarabağ"la oyunlarımız əla şou olacaq. Bunu həm rəqibin, həm də bizim ifamızda görəcəksiniz". Bu sözləri Danimarkanın "Kopenhagen" klubunun idman direktoru Yohan Lange deyib.

Sabah Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək paytaxt klubunun rəsmisi bir neçə gün öncə Bakıda olub. Cümə günü paytaxtımıza gələn klub rəsmisi Ağdam təmsilçisinin Topaz Premyer Liqasının ilk turunda “Neftçi"yə "Bakcell Arena"da 3:1 hesaı ilə qalib gəldiyi matçı izləyib.

O, ölkəsinin mətbuatına açıqlamasında "Qarabağ" haqda bunları deyib: "Rəqib çox istedadlı komandadı. Topu özündə çox saxlamağı sevir. Buna imkan verməməliyik. Əgər "Qarabağ"a şans versək, bizi cəzalandıracaqlar. Meydanda hər şeyi düzgün etməliyik".

“Qarabağ” – “Kopenahagen” görüşü sabah saat 20:00-da başlayacaq.


oxunma sayı: 166 | Paylaş:




?>