')

Bu gün:


FutbolPress.Az | "Qalatasaray" rəsmisi: "Qara Qarayevin oyununu çox bəyənirəm"

"Qalatasaray" rəsmisi: "Qara Qarayevin oyununu çox bəyənirəm"


oxunma sayı: 1109 Paylaş:

FutbolPress"Qalatasaray"ın idarə heyətinin üzvü Ural Aküzüm "Trend"ə müsahibə verib. O, söhbət əsnasında bəyəndiyi azərbaycanlı futbolçunun adını da açıqlayıb.

Aküzüm yaxın zamanda azərbaycanlı futbolçuların "Qalatasaray"a transfer edilməsinin nəzərdə tutulmadığını desə də, millinin və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin oyunundan zövq aldığını söyləyib:

"Azərbaycan idman mədəniyyətinin yüksək səviyyədə olduğu, idman sahəsinin inkişaf etdiyi bir ölkədir. “Qarabağ” və “Qəbələ” kimi futbol klubları avrokuboklarda yaxşı çıxış edirlər.

Lakin müasir dövrdə futbolun inkişafı, bu sahədə uğur əldə edilməsi üçün idman mədəniyyəti və heç şübhəsiz ki, bu sahəyə investisiya qoymaq lazımdır.

Bu gün “Qalatasaray”a Azərbaycandan hər hansı futbolçunun transfer edilməsi nəzərdən keçirilmir. Lakin şəxsən mən Qara Qarayevin oyununu çox bəyənirəm. Gələcəkdə bir Azərbaycan futbolçusunu sarı-qırmızı formada görmək istərdim".


oxunma sayı: 1109 | Paylaş:




?>