Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın oyunu italyanlara tapşırıldı

"Qarabağ"ın oyunu italyanlara tapşırıldı


oxunma sayı: 119 Paylaş:

FutbolPress"Qarabağ"ın Danimarka "Kopenhagen"i ilə keçirəcəyi Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyununa bütün təyinatlar açıqlanıb.

Qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub. Baş hakim Paolo Talyaventoya Alessandro Calyatini və Alessandro Kostantso yan xətt, Massimiliano İrrati və Antonio Damato əlavə köməkçi, Filippo Meli isə dördüncü hakim qismində yardım edəcəklər. Hakim-inspektor avstriyalı Frits Stuxlik, UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev olacaq.

Avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" matçı saat 20:00-da başlanacaq.


oxunma sayı: 119 | Paylaş: