Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın futbolçusu "Kopenhagen"lə oyuna bilet aldı - FOTO

"Qarabağ"ın futbolçusu "Kopenhagen"lə oyuna bilet aldı - FOTO


oxunma sayı: 260 Paylaş:

FutbolPress"Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"lə Bakıda keçirəcəkləri ilk oyun üçün bilet alıb.

Bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov feysbuk hesabında paylaşım edib. Qarayevin bileti yaxınları üçün aldığı bildirilib.

"Qarabağ" - "Kopenhagen" oyunu avqustun 15-i keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın start fiti 20:00-da səslənəcək. Qarşılaşmanın biletləri bu gündən satışdadı.



oxunma sayı: 260 | Paylaş: