Bu gün:


FutbolPress.Az | Elnur Cəfərov: "Öz səhvlərimiz hər şeyi alt-üst etdi"

Elnur Cəfərov: "Öz səhvlərimiz hər şeyi alt-üst etdi"


oxunma sayı: 57 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının ilk oyununda “Qarabağ”a 1:3 hesabı ilə məğlub olan “Neftçi”nin futbolçusu Elnur Cəfərov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

"İlk oyun idi deyə hər iki komanda qələbə qazanmaq istəyirdi. Adi səhvlərdən qollar buraxdıq. Belə oyunda uğur qazana bilərdik, amma alınmadı".
 
- “Neftçi”də komanda oyunu gprünmürdü...
- Yaxşı heyətimiz var, sadəcə öz oyunumuzu meydanda göstərə bilmədik. Qarşıdakı matçlarda bunu nümayiş etdirəcəyik.
 
- Oyunun alınmamasına səbəb nə idi?
- “Qarabağ” çox güclüdü. Amma tək bu deyil. Öz səhvlərimiz hər şeyi alt-üst etdi. Qələbə qazana bilərdik.
 
- Çatışmazlıqların aradan qaldırılması üçün nə qədər vaxt lazımdı?
- Səhvlərimizdən nəticə çıxarmalıyıq. Bunu etsək, gələcək oyunlarda bəhrəsini görəcəyik.
 
- “Xəzər Lənkəran”ın yetirməsi kimi özünüzü “Neftçi”də necə hiss edirsiniz?
- Peşəkar futbolçuyam və meydana çıxıb oyunumu göstərirəm. Hansı komandanın olmasının fərqi yoxdu. Komandamın uğur qazanması üçün çalışıram.
 
- Azarkeşlərdən narazılıqlar var...
- Sosial şəbəkələrdən xəbərim yoxdu. Belə şeylərə əhəmiyyət vermirəm. Futboldan başı çıxmayanlardı.
 
- “Neftçi” bu oyunla ilk "3-lüy"ə düşə bilər?
- Əsas məqsədimiz budu. Əlimizdən gələni edəcəyik ki, yekunda mükafatçılar sırasına düşək. 


oxunma sayı: 57 | Paylaş: