Bu gün:


FutbolPress.Az | "Sürpriz transfer ola bilər" - Tahir Gözəl

"Sürpriz transfer ola bilər" - Tahir Gözəl


oxunma sayı: 266 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının I turunda səfərdə “Neftçi”yə qalib gələn (3:1) “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Klub rəsmisi əvvəlcə mövsümün ilk oyunu barədə fikirlərini bildirib:

"Çempionatın ilk oyunundakı qələbə bizə əlavə güc verdi. Avrokubok üçün yaxşı motivasiiyadı. Zaman keçdikcə daha da güclənəcəyik. Kintananın zədələnməsi bizi kədərləndirdi. Sabah müayinə olunacaq. Yəqin ki, ay yarım sonra komandaya qoşular. İnşallah yanılaram və onun zədəsi yüngül olar. Optimist düşünməliyik".

- Sanki meydanda yalnız “Qarabağ” var idi...
- Belə deməzdim. “Neftçi” də yaxşı oynadı. Bu komanda hər zaman güclü olub. Belə davam etsələr, stabillik olacaq.

- “Qarabağ” ÇL-in pley-off mərhələsində “Kopenhagen”lə oyunda qol buraxmadan qalib gəlmək istəyəcək...
- Ən böyük ümidimiz də elə budur. “Qarabağ”ın gözəl oyunlarını çox görmüşük. Bütün ümidi Bakıdakı oyuna bağlamıram. Komandamıza inanıram. “Kopenhagen”ə Bakıda çətin olacaq.

- Komanda minimum qışa qədər avrokuboklarda oynayacaq. Heyətə yeni legioner futbolçu cəlb ediləcək?
- Danışıqlar gedir. Ad çəkə bilməyəcəm. Avropada danışıq apardığımız oyunçular var. Sürpriz transfer də ola bilər.

- Sürpriz dedikdə yəni tanınmış?
- Xeyr, belə deməzdim. Ancaq lazımlı oyunçu olacaq. “Qarabağ”ın keyfiyyətli legionerləri çox olub. Ümid edirik ki, yeni oyunçumuz da onlar kimi olacaq.

- Əzəli rəqibiniz olan “Neftçi”nin belə vəziyyətdə olması sizə necə təsir edir?
- “Neftçi”nin güclənmək və formalaşmaq istəyi var. Bir az zamanlazımdı. Mən daha güclü “Neftçi” görmək istəyirəm. Ümid edirəm ki, belə də olacaq.


oxunma sayı: 266 | Paylaş: