Bu gün:


FutbolPress.Az | "Neftçi" azarkeşlərindən "Milyonçu" pankartı - FOTO

"Neftçi" azarkeşlərindən "Milyonçu" pankartı - FOTO


oxunma sayı: 1797 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında 2017/2018 mövsümünə start verilib.

Mövsümün açılış matçında "Neftçi" ilə "Qarabağ" üzə-üzə gəlib.

"Bakcell Arena"da keçirilən qarşılaşmada meydan sahibinin azarkeşləri açdıqları pankartla diqqət çəkiblər.

Bakılı fanatlar "Qarabağ"ın neçənci ildə yaranmasına dair sualı pankart vasitəsi ilə soruşublar. Maraqlıdır ki, pankart məşhur "Milyonçu" verilişinin formatına bənzər tərzdə hazırlanıb.

"Neftçi" azarkeşləri bununla da "Qarabağ"ın tarixinə "ilişiblər".

Ağdam klubunun əsasının 1951-ci, yoxsa 1987-ci ildə qoyulması ilə bağlı müzakirələr hələ də davam edir.



oxunma sayı: 1797 | Paylaş: