Bu gün:


FutbolPress.Az | Quliyev, əvvəlcə imici dəyişin (KİÇİK QEYD)

Quliyev, əvvəlcə imici dəyişin (KİÇİK QEYD)


oxunma sayı: 302 Paylaş:

FutbolPressKlublar Komitəsinin iclası keçirilib. Gündəlikdə olan məsələlər:

1. U-19 Liqasında çıxış edən komandaların heyətində 8 nəfər 2000-ci və daha sonra 3 nəfər 1999-cu il və daha sonra təvəllüdlü futbolçunun çıxış etməsi barədə;
2. Stadionları təmirdə olan klubların ev oyunlarını keçirəcəkləri stadionlarla bağlı müzakirə;
3. Xarici ölkədə doğulan, xarici ölkənin vətəndaşı olan, etnik baxımdan Azərbaycana hər hansı bağlılığı olan (FIFA qaydalarına müvafiq) futbolçuların klublarımızda qeyri-legioner statusu ilə çıxış etməsi;
4. Premyer Liqa və ölkə kuboku uğrunda yarışın oyun protokoluna 23 futbolçunun daxil edilməsi barədə PFL-in qəbul etdiyi qərara münasibət;

Komitə sədri Kamran Quliyevin bu söhbəti günün yeganə müzakirə olunası məqamıdı. Əvvəlcə sitat: "Burda söhbət milli komandadan və ya vətəndaşlıqdan getmir. Xaricdə doğulan və ya ailəsi ilə sonradan xaricə köçən azərbaycanlıların legioner statusu daşımaması təklif olunur. Məsələn, İspaniyada ispandilli ölkələrin futbolçuları legioner sayılmır. Yadınızdadısa, vaxtilə Türkiyənin II liqasında azərbaycanlı futbolçular legioner statusu daşımırdılar. Biz də reallığı bilirik. Bu güzəştin tətbiqi üçün ölkəyə dəvət edilən futbolçunun səviyyəsi yüksək olmalıdır. FIFA-nın bəlli standartı var. Millidə çıxış etmək üçün bir neçə şərtlər mövcudur. Biz də kiminsə saxta sənəd təqdim etməklə legioner sayılmamasını istəmirik. Bu, hələlik niyyətdir. Belə olan halda biz Ramil Şeydayev kimi futbolçuları daha tez tapıb, yığmaya gətirə bilərik".

Kamran bəy, əvvəlcə, sizin "ölkəyə gətirilən əcnəbi-azərbaycanlı futbolçular monopoliyasına nəzarətçi" imiciniz dəyişilməlidi. İctimaiyyət bu fikirdədir. Mümkünsə, buna dair şübhələrin aradan qalxması üçün nələrsə edin, daha sonra sizin bu qərarın tətbiqində öz mənfəətiniz baxımından maraqlı olmağınıza dair düşüncələr aradan qalxsın.

"İnter"in nümayəndəsi iclasa qatılmayıb. Ən çox müzakirə olunan, taleyinə aydınlıq gələsi klubun nümayəndəsi uzun aradanbir keçirilən iclasa niyə qatılmır?

Və ən əsası, KK-nın hər iclasından sonra yazıda qeyd etdiyimiz məqamı bir də xatırladırıq. Klublar Komitəsi nəyə lazımdır? Kimə lazımdır? Niyə lazımdır?

Elçin


oxunma sayı: 302 | Paylaş: