Bu gün:


FutbolPress.Az | Yeni FIFA reytinqi: Azərbaycan millisi irəlilədi

Yeni FIFA reytinqi: Azərbaycan millisi irəlilədi


oxunma sayı: 169 Paylaş:

FutbolPressFIFA-nın yeni reytinq siyahısı açıqlanıb. Ötən ayla müqayisədə cədvəldə bir sıra dəyişikliklər baş verib. Bu, Azərbaycan millisindən də yan ötməyib.

Son siyahı açıqlanandan oyun keçirməsə də, Robert Prosineçkinin komandası 80-ci pillədən 79-cu sıraya yüksəlib. Ancaq millinin xal ehtiyatı əvvəlkitək 427-di.

Yığmanın qonşuları arasında da dəyişiklik baş verib. Ötən siyahıda olduğu kimi bizdən 1 pillə öndə yenə Qətər qərarlaşıbsa, ən yaxın izləyici artıq Mavritaniya yox, Suriyadı. Azərbaycan Qətərdən 6 xal geri qalır. Suriya ilə fərq isə 4 xal təşkil edir.

DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizdən ən yüksək göstərici yenə Almaniyadadı. Liderliyi Braziliyaya verən Bundestim 2-ci pillədə qərarlaşıb. Almanlar kimi şimali irlandiyalılar da 1 pillə geriləyib. Bu komanda 23-cü yeri tutur.

Çexiyanın mövqeyi dəyişməyibsə (40), Norveç 3 addım irəli düşüb - 85-ci sıra. San-Marino isə əvvəlkitək dünyanın 204-cüsüdü.

Almaniyanın liderliyi əldən verməsindən başqa ilk "10-luq"da daha iki dəyişiklik baş verib. Polşa və İsveçrəni özündən irəli buraxan Portuqaliya 6-cı pillədə qərarlaşıb. Fransa isə Belçikadan geri düşüb və növbəti sıyahıda "10-luğu" qapayır.


oxunma sayı: 169 | Paylaş: