Bu gün:


FutbolPress.Az | "Hamını təəccübləndirib, qrupa düşmək istəyirik" - Jezniçak

"Hamını təəccübləndirib, qrupa düşmək istəyirik" - Jezniçak


oxunma sayı: 860 Paylaş:

FutbolPress“Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin “Super Express” nəşrinin suallarını cavablandırıb.

“FutbolPress” həmin müsahibəni təqdim edir...

 
- Sağlığınız nə yerdədi? Çempionlar Liqasının III təsnifat mərhələsində “Şerif”lə cavab oyununda burnunuz və bamağınız sınmışdı...
- Burnum qırılıb, ancaq həkim qoruyucu maskaya ehtiyac olmadığını dedi. Barmağım da əzilib, amma bu da ciddi deyil. Ən vacibi mərhələ adlamağımızdı. “Qarabağ” heç vaxt “pley-off” mərhələsinə vəsiqə qazanmamışdı, həmişə III mərhələdə ilişmişdi. Bu baxımdan tarixi uğur qazanmaq imkanımız var. Pley-offda cütün favoriti “Kopenhagen”dir. Ancaq biz də hamını təəccübləndirmək və qrupa düşmək istəyirik. Bu, komandam və mənim üçün əla olardı.
 
- Sizin şansınız var, amma sabiq klubunuz “Legia”nın yox.  Onların Avropa Liqasının pley-offundakı rəqibi isə sizə tanış “Şerif”dir. “Legiya”nın şansını necə dəyərləndirirsiniz?
- “Legiya”nın “Şerif”i keçmək üçün yaxşı imkanı var. Moldovalıların zəif olduğunu demirəm. Ancaq “Legiya” futbolçuları həm fərdi olaraq üstündülər, həm də komanda kimi Polşa çempionu daha güclüdü.
 
- “Şerif”in meydanı necə olur? Stadion qonaqlar üçün cəhənnəmə çevrilir?
- O qədər də yox. Bir az “Belxatov”un stadionuna bənzəyir. Orada oynamaq əyləncəli idi. Bunu demək çox xoşdu. Evdəki qolsuz heç-heçədən sonra səfərdə 2:1 qalib gəldik.
 
- “Legiya”nın tərk etmək qərarınıza qayıdaq. Azərbaycan kifayət qədər ekzotik görünür...
- Menecer Azərbaycandan təklif gəldiyini deyərkən ona maliyyə şərtlərinin çox yaxşı olmalı olduğunu söylədim. Gözləntilərim qarşılandı. Çox fikirləşmədim, cəmi bir günə qərar verdim. Bəs indi? İndiyədək çox xoşbəxtəm. “Qarabağ”da düşündüyümdən də yaxşıdır. Böyük baza, yaxşı infrastruktur var və günəş.. Ora gedəndən heç yağış yağmayıb. Bu gedişlə heç yağmayacaq da (gülür).
 
- Bakıda polşalılar varmı?
- “Qarabağ”da “Yagelloniya”nın sabiq futbolçusu Dani Kintana çıxış edir. Onun həyat yoldaşı polşalıdı. Həmçinin Donald Gerrye əvvəl “Visla”da oynayıb. Onun da xanımı polyakdı və 2 övladı var.
 
- Klub Ağdamındı, ancaq Bakıda məskunlaşıb. Bu, bir az qəribədi...
- Klub Ağdamda yaradılıb. Ancaq Azərbaycanla Ermənistan arasında baş verən müharibə zamanı şəhər dağıdılıb. Bununla belə, Bakıda da çoxlu azarkeşlərimiz var. Qarşımıza qoyulan məqsəd ÇL-in qrupuna vəsiqə qazanmaq və ölkə çempionu olmaqdır və bunlar baş verəcək!


oxunma sayı: 860 | Paylaş: