Bu gün:


FutbolPress.Az | "İnter" naməlumluğu (KİÇİK QEYD)

"İnter" naməlumluğu (KİÇİK QEYD)


oxunma sayı: 370 Paylaş:

FutbolPress"İnter"in başına gələn məlum hadisələrdən sonra naməlumluqlar hələ də qalmaqdadı.  Təsisçi - Azərbaycan Beynəlxalq Bankının nöqsanları ucbatından klubun bazasından çıxarılması və "Dalğa Arena"ya yerləşməsini bilirik. 

Naməlum olan isə keçmiş "bankirlər"in rebrendinqinin olub-olmayacağıdı. Klubun yeni avtobusunun dizaynında simvolikalar yenilənib, ancaq loqosu və s. atributikalarında mərhum himayəçidən (oxu: ABB) elementlər qalmaqadı.

Ümumiyyətlə, "İnter" ətrafında qeyri-müəyyən vəziyyət hökm sürməkdədi. Zaur Axundovun gəlişi də, görünür, klubun dirçəlməsində, öz yolunu tutmasında əhəmiyyətli təsiri olmadı. 

"Aqrarkredit"in bazanı müsadirə etməsindən sonra prosesin hüquqi həlli yubanır, yaxud da ictimaiyyətə açıqlanmayıb. "İnter" ad dəyişilməsinə, yeni təsisləşməyə getməlidir, ancaq sözügedən prosesdə irəliləyişdən söhbət gedə bilməz.

Hətta klubun yaşayıb-yaşamayacağı sual altındadı. Bu və bu kimi məsələlərə aydınlıq gətirilməsi çox vacibdir. 


oxunma sayı: 370 | Paylaş: