')

Bu gün:


FutbolPress.Az | Ani həmlələrin arzulandığı məqam (QEYD)

Ani həmlələrin arzulandığı məqam (QEYD)


oxunma sayı: 982 Paylaş:

FutbolPressQurban Qurbanovun oyunsonrası mətbuat konfransında dediyi kimi, "Şeriff" Bakıdan istədiyi nəticəylə döndü. Bəs Tiraspolda cütün taleyinə diqtə eləməkçün "Qarabağ" nələr eləməlidi?

1. Rəqib kompakt; komanda oyunu oynayır - müdafiə planında. Və bu, uğurlu alınır. Əsl "məşqçi komandası" demək olar. Planı buna uyğun qurmaq mütləqdi. Yəni, kompakt oynayan rəqibə boş zonalar verib, topsuz oyunda saxlamaq (həddən çox güc sərfiyyatı istəsə də) və ani, gözlənilməz həmlələr etmək.

2. "Qarabağ" səfərdə uğurlu nəticə götürmək istəyirsə, ən əvvəl orta xətdə "Şerif"i çaşdıracaq taktiki dəyişikliyə getməlidir. 3 və ya 4 variant var. Onlardan biri Miçeli oynatmamaq, əvəzinə mərkəzdə rotasiyalı illüziya effekti yaratmaq olar. Heyf ki, hücum xətti ürəkaçan deyil, ancaq mərkəz bölgədəki/mərkəzəqədərki irəliyə hərəkətdə azdırıcı manevrlər uğura aparan əsas detallardan olar bilər. "Qarabağ"ın bu dueldə əsas gücü mərkəz xətdədi və bu üstünlüyü nəticəyə çevirməkçün bütün gözəgörünən əməliyyatları burdan, sarsıdıcı həmlələri isə gözlənilməz nahiyələrdən təşkil eləmək gərəkdir.

3. Cavab matçında Qurbanovun fiqur olaraq önə çıxması vacibdir. Ancaq bir məqamdan savayı. Məsələn, ilk hissədə "Şerif"in müdafiə üslubuna radikal müdaxilələr etməmək kimi. Bu komanda  evdə də qapanacaq. Buna qarşılıq canfəşanlıq eləmək avantürist davranış, ehtiyatsızlıq kimi dəyərləndirilə bilər. Fiziki imkanları yaxşı olan rəqib ikinci hissədə sürətli əks-hücumlarda arzulanmaz şeylər edə bilər. Bunun olmaması üçünsə "atlılar" rəqibi elə öz planıyla qarşılamalıdı.
Qurbanov bütün patronları ikinci hissə üçün saxlamalı, sonra hər 10 dəqiqədən bir onlardan birini atmalıdı meydana. Dalğalı güc effekti yaransa, topsuz oyuna üstünlük verən rəqibi intensiv toplu oyunla ram eləmək mümkündür.

Elçin Cəlilov


oxunma sayı: 982 | Paylaş:




?>