')

Bu gün:


FutbolPress.Az | Ayxan Abbasov: "Rəşadla danışıb, ona başa saldım ki..."

Ayxan Abbasov: "Rəşadla danışıb, ona başa saldım ki..."


oxunma sayı: 626 Paylaş:

FutbolPress"Zirə" bir müddət öncə transfer edilən Rəşad Sadiqovu heyətdən uzaqlaşdırıb. Komandanın baş məşqçisi Ayxan Abbasov təcrübəli oyunçunun komandadan kənarlaşdırılması barədə qərar qəbul edib.

Məsələ ilə bağlı gənc mütəxəssisin fikirlərini öyrəndik. O bildirdi ki, bu barədə Sadiqovla bağlı danışıb və futbolçu qərarı anlayışla qarşılayıb:

"Onun komandadan uzaqlaşdırılması intizamsızlığı ilə bağlı oldu. Bizim klubda hər şeydən əvvəl bu məsələ dayanır. Qaydalarımız var və hamı onlara riayət etməlidi. Bununla bağlı da Rəşadla danışdım. Onu başa saldım ki, qaydalara riayət etmirsə, bizdə belə alınmayacaq. Rəşad da qərarı anlayışla qarşıladı. Normal şəkildə ayrıldıq".

Abbasov Sadiqovun yerinin doldurulması ilə bağlı rəhbərliklə danışacağını söylədi:

"Rəşad əsas heyət oyunçusu kimi gətirilmişdi. İndi həmin mövqeyə yeni kimsə cəlb edə bilərik. Bu barədə rəhbərliklə danışacam. Ondan sonra qərar qəbul edəcəyik".


oxunma sayı: 626 | Paylaş:




?>