"Qəbələ"dən sıçrayış - "Qarabağ" yenə ən yaxşıdı
Paylaş:
Avrokuboklarda II təsnifat mərhələsi başa çatıb. Keçirilən matçlardan sonra klubların reytinq sıralaması açıqlanıb. Avropanın 442 komandasının qərarlaşdığı sıralamada 7 Azərbaycan klubuna da yer tapılıb.
Təmsilçilərimiz arasında ən yaxşı nəticə əvvəlkitək "Qarabağ"dadı. 16,000 reytinq xalı olan Ağdam klubu 3 pillə irəliləyib və hazırda 75-cidi.
Avropa Liqasında mərhələ adlayan "Qəbələ" hesabına 0,500 xal əlavə edib. Əmsalını 5,250-yə çatdıran "qırmızı-qaralar" 13 pilləlik sıçrayışa nail olub. "Qəbələ" hazırda 168-ci yerdə qərarlaşıb..
Digər komandalarımızın da mövqeyi dəyişib. Bu mövsüm avrokuboklarda oynamayan "Neftçi" 7 pillə geriləyib. "Ağ-qaralar" hazırda Azərbaycanın digər 4 komandası - "İnter", "Zirə", "Kəpəz" və "Xəzər Lənkəran"la eyni göstəriciyə malikdi.
Bu klublarımız 3,400 xalla 248-252-ci yerlərdə qərarlaşıblar.
| Paylaş: