')

Bu gün:


FutbolPress.Az | İreniuş Mamrot: "Cütün taleyinə aydınlıq gəlməyib"

İreniuş Mamrot: "Cütün taleyinə aydınlıq gəlməyib"


oxunma sayı: 123 Paylaş:

FutbolPress"Yagelloniya"nın baş məşqçisi İrenuş Mamrot Avropa Liqasının II təsnifat mərhələsinin "Qəbələ" ilə cavab oyunu barədə fikirlərini bildirib.

O, ağır görüş alınacağını deyib:

“Cütün taleyinə hələ aydınlıq gəlməyib. Rəqibin güclü komanda olduğunu bilirik. Bizi çətin qarşılaşma gözləyir. Həm fiziki, həm də taktiki cəhətdən ağır oyun olacaq, amma bu görüşə hazırıq”.

46 yaşlı mütəxəssis komandasına inandığını bildirib: “İlk oyunda sərfəli nəticə qazanmağımız heç nə demək deyil. Bütün suallara 90 dəqiqənin sonunda aydınlıq gələcək. Qarşılaşma əlavə vaxta da gedər bilər. Bir sözlə, hər şey mümkündür. “Qəbələ”nin necə güclü, əzmkar və hücum etməyi düşünən komanda olduğunu Bakıdakı qarşılaşmada gördük. İlk qarşılaşmdan da yaxşı oynamalıyıq ki, nəticə əldə edə bilək. Komandama güvənirəm”.

"Yagelloniya" - "Qəbələ" oyunu 22:30-da başlayacaq.


oxunma sayı: 123 | Paylaş:




?>