Bu gün:


FutbolPress.Az | “Kəpəz”in a'şurası (QEYD)

“Kəpəz”in a'şurası (QEYD)


oxunma sayı: 570 Paylaş:

FutbolPress“Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyev Gəncə şəhər stadionuna baş çəkib. Klubun rəsmi saytı vasitəsilə verilən məlumata görə, o, arenanın əsas meydançasında görülən işlərlə tanış olub. MŞ sədri stadionun ərazisində yardımçı meydançaya süni qazonun salınması və bazada təmir işlərinin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Səfər zamanı Vəliyevi MŞ-nin digər üzvü, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov müşayət edib.

*** *** ***
Əvvəlki yazılarda dəfələrlə “Kəpəz”in Müşahidə Şurasındakı anormallıqlar barədə qeydlərimizi etmişik. MŞ-nin faktiki olaraq heç bir işə yaramaması, sədrin nadir hallarda görünməsi, klubu faktiki olaraq AFFA-nın İnformasiya və İctimaiyyətlə əlaqələr departamentinin sədri Mikayıl Nərimanoğlunun idarə etməsi və s.

“Kəpəz” MŞ-nin tərkibi belədi:

1. Elmir Vəliyev
2. Müzəffər Qasımov
3. Xanlar Fətiyev
4. Mikayıl Quluyev
5. Sərxan Babayev
6. Namiq Məmmədov
7. Müşfiq Cəfərov
8. İbrahim Cəfərov
9. Yusif Yusibov

Müşahidə Şurası sonuncu dəfə nə zaman bu tərkibdə toplanıb?

Yaddaşlardan silinən məlumatı əldə etmək üçün kiçik araşdırma apardıq. Məlum oldu ki, sonuncu dəfə keçən ilin sentyabrında MŞ bir yerə yığılıb. Hansı ki, həmin iclasdan sonra o vaxtkı icraçı direktor Mehman Allahverdiyev klubdan uzaqlaşdırılıb, yerinə isə Cabir İbrahimov təyin edilib. Ancaq heç həmin zaman da MŞ-nin hansı tərkiblə toplanması haqda məlumat yoxdu. Üstəlik Allahverdiyevin klubdan uzaqlaşdırılmasının sifarişlə, müəyyən maraqlara xidmət etdiyi barədə söz-söhbətlər gəzirdi.

*** *** ***
Elmir Vəliyev yaxın keçmişdə klubun rəsmi saytına verdiyi müsahibədə stadion məsələsiylə bağlı ziddiyyətli fikirlər səsləndirmişdi. Təmirin azarkeşlərə hədiyyə olduğunu deyən MŞ sədri bunu sanki öz adına çıxarmışdı. Həmin zaman da məsələ ilə bağlı yazıda Gəncə şəhər stadionunun ot örtüyünün AFFA-nın maliyyəsi hesabına dəyişdiriləcəyini və bunun MŞ-yə hər hansı aidiyyatının olmamasını qeyd etmişdik. İndi yenidən Vəliyev əraziyə baş çəkir və “tapşırıqlar” verir. Elmir bəyin tapşırığına baxaq: yardımçı meydançaya süni qazonun salınması.

Digər məsələlər kimi bu da əvvəldən bəlli və çeynənmiş idi. Bir müddət əvvəl MŞ-nin üzvü Müşviq Cəfərov mətbuata açıqlamasında "Dalğa Arena”dan süni örtük gətirildiyini, yardımçı stadionun meydançasına döşənəcəyini deyib.

Deməli, bunun özü də AFFA-nın ideyasıdı, bazada digər yenidənqurma işlərinin aparılması da və s. Hələ qurumun martdakı hesabat konfransında Rövnəq Abdullayev bunların nəzərdə tutulduğunu demişdi. Sonradan dəfələrlə “Kəpəz” MŞ guya göriıən işlərin onların ideyasıymış kimi təqdim olunmasına çalışıb. Özü də bu, çox zaman manipulyativ cəhdlərin, fəaliyyətsizliyin, anormallığın mətbuatda sərt tənqid edilməsiylə təxminən eyni vaxta düşür:

AFFA rəsmisi Mikayıl Nərimanoğlunun klubda əsas idarəedici olması sərt tənqid olunur – çox keçmir ki, Elmir Vəliyev ortaya çıxır və SOCAR-ın (oxu: xalqın) maliyyəsiylə görülən işlərlə bağlı bağlı guya tapşırıqlar verir.

Qazon, süni örtüklə bağlı vaxtaşırı belə açıqlamaların edilməsi növbəti manipulyasiya cəhdidi. Onsuz da narazılıqlar səngimir – proses o qədər bayağı, ziddiyyətli və uğursuz aparılır ki, hər kəs nəyin hansı məqsədə xidmət etdiyini, əslində nələrin baş verdiyini çox gözəl bilir, tənqidlər, etirazlar çoxalır.

Elə isə bütün bunlara nə ehtiyac var?


"FutbolPress"


oxunma sayı: 570 | Paylaş: