')

Bu gün:


FutbolPress.Az | "İlk oyunda edə bilmədiyimizi ortaya qoymağa çalışacağıq" - Georgi Tsetsadze

"İlk oyunda edə bilmədiyimizi ortaya qoymağa çalışacağıq" - Georgi Tsetsadze


oxunma sayı: 129 Paylaş:

FutbolPressBu gün Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"lıa qarşılaşacaq Gürcüstanın "Samtredia" klubunun baş məşqçisi Georgi Tsetsadze oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

Gürcüstanlı mütəxəssis Bakıdakı oyundan fərqli oynamağa çalışacaqlarını deyib:

"Bakıda keçirilən ilk görüşdə edə bilmədiyimizi ortaya qoyaraq, qalib gəlməyə çalışacağıq. İlk oyunda5 qoldan 4-nü ilk və ikinci hissənin sonlarında buraxdıq, 1-ni isə oyunun əvvəlində. Mən yaxşı oynadığımızı deyə bilmərəm. Qarabağ" çox yaxşı komandadır".

Tsetsadze cavab oyununda müəyyən dəyişikliklər edəcəyini vurğulayıb:

"Qarabağ"la bizim aramızda oyun baxımından böyük bir fərq yox idi. Lakin tarixdə nəticə qalır. Rəqibi aşağılamaq istəmirəm. Onlar qələbəyə layiq idilər. Daha yaxşı olardı ki, görüş 0:5 yox, 0:0 və ya 0:2 hesabı ilə nəticələnərdi. İlk oyunda rəqib bizə hücum imkanı yaratmışdı. Sabahkı görüşdə dəyişikliklər edəcəyik. Amma bu o demək deyil ki, mütləq 6:0 hesabı ilə qalib gələcəyik".

Tiflisdəki Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək "Samtredia" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


oxunma sayı: 129 | Paylaş:




?>