Bu gün:


FutbolPress.Az | Pavel Paşayev "Aleksandriya"da

Pavel Paşayev "Aleksandriya"da


oxunma sayı: 271 Paylaş:

FutbolPressUkraynanın "Stal" klubundan ayrılan Pavel Paşayev karyerasını yenidən bu ölkədə davam etdirəcək. Azərbaycan millisinin üzvü "Aleksandriya" ilə anlaşıb.

"Sport Arena"nın xəbərinə görə, artıq tərəflər arasında rəsmi müqavilə imzalanıb. Ancaq sözləşmənin müddəti və digər detalları barədə məlumat verilməyib.

Paşayev "Aleksandriya"ya pulsuz başa gəlib. Millinin müdafiəçisi mövsüm bitdikdən dərhal sonra sabiq klubu ilə müqaviləsinə xitam vermişdi.

"Aleksandriya" Avropa Liqasının III təsnifat mərhələsində Bakı "Zirə"sinin potensial rəqibi sayılır. Təmsilçimiz "Astra" (ilk oyun - 1:3) səddini keçsə, bu komanda ilə qarşılaşacaq.


oxunma sayı: 271 | Paylaş: